Bizi izləyin

Ölkə futbolu

Hamı qol vurdu, qonaqlar uduzmadı

blank
blank

Çempionatda məğlubiyyətsiz yeganə komanda “Qarabağ” və qələbəsiz tək kollektiv “Sabah” – ilk dövrənin bitiş matçına bu statistika ilə çıxan rəqiblərin hansının favorit olduğunu müəyyənləşdirmək çətin deyildi. Nəticə də gözlənildiyi kimi alındı və ağdamlılar vahid lider kimi yoluna davam etdi.

Lakin oyunu izləyənlər rəqiblər arasında böyük səviyyə fərqi görmədi. Bəlkə də “Qarabağ”ın əksər oyunçuları millidən yoğrun döndüyü üçün “Sabah”la oyunda komanda diqtə edən tərəf deyildi. Ərazi üstünlüyü, topa sahibolma baxımından ağdamlılar üstün olsa da, böyük fərqdən danışa bilmərik. Paytaxt təmsilçisinin bir saatdan artıq müddətdə azlıqda oynamasını nəzərə alsaq, 1:2 hesablı məğlubiyyət başadüşüləndi.

Xulio Rodriges yolverilməz səhvdən sonra meydandan qovulunca “Qarabağ” təzyiqi artırdı, fasiləyə kimi hesabı açdı. İkinci hissə başlayan kimi ikinci qol vuruldu, ağdamlılarda təbii arxayınlıq yarandı. Və məhz bundan sonra “Sabah” nisbətən fəallaşdı, fərqi azaltdı, daha bir neçə qol epizodu yaratdı. Təcrübəsi hesabına qələbə hesabını qoruyan “Qarabağ” məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırdı. Bu, “Kayrat”la Konfrans Liqası matçı öncəsi əla statistikadı, davam etməsi daha yaxşı olar.

7 oyuna cəmi 1 xal toplayan “Sabah”da durum bəllidi. Hər matçdan sonra baş məşqçi Ramin Quliyevin istefası gündəmə gəlir, hər dəfə də rəhbərliyin ona dəstək verdiyi aydınlaşır. Dünənki matça görə onu qınamağın mənası yoxdu – həm rəqib çox güclü idi, həm də hücumçusu lüzum olmayan epizodda yersiz hərəkət edib yoldaşlarını çətin vəziyyətdə qoydu. Quliyevin əsl sınağı qışa qədər qalan oyunlarda olacaq. Son pillədən qurtulmaq üçün mümkün qədər xal toplanmasa, dəyişiklik qaçılmazdı.

Dünən baş tutan digər oyunda “Neftçi”nin qələbə seriyası bitdi. Bakılılar 3 oyundan sonra Sumqayıtda xal itirdi və liderdən 3 xal geri düşdü. “Sumqayıt”ın qələbəsiz oyunlar seriyası davam etsə də, komanda 422 dəqiqədən sonra qol vurmağ bacardı. Murad Xaçayevin meydan boyu irəliləyib fərqlənməsinə mane ola bilməyən qonaqların müdafiə planında qüsurları aşkar göründüsə, “kimyaçılar”ın da  əks-hücumda necə keyfiyyətli oynadığı aydınlaşdı. Ötən mövsümkü oyunu sərgiləyə bilməyən Ayxan Abbasovun yetirmələrinin Əli Qurbanidən asılılığı nəticələrə təsir göstərir. İranlı forvard həddindən çox zədələnir, dünən də matçı sona çatdıra bilmədi. Əvəzində komanda əsas müdafiəçilərini itirməsinə rəğmən, müdafiə planında yaxşı oynayır.

“Neftçi” buraxdığı qolun şokundan tez ayıldı. Gəl ki, bərabərik qolunu transfer edilən saysız-hesabsız hücumçular yox, ötən mövsümün qəhrəmanlarından olan Sabir Buqrin, həm də fərdi bacarığı hesabına vurdu. Yeni oyunçular hələ ansambla tam uyğunlaşmayıb. Belə büdrəmələr “Qarabağ”la rəqabətdə yolverilməzdi. Bəldə də Samir Abasov dünənki oyundan sonra fərqli mövzulardan danışmaqla xal itkisini unutdurdu, ancaq reallıqda mövsümün taleyi məhz belə matçlarda həll olunur. Meydanda mübarizə, dinamik oyun var idi, rəqiblərin hər ikisi istənilən anda qol vura bilərdi. Lakin yekun nəticə də ədalətli sayılmalıdı.

Son turda hamı qol vurdu və cəmi iki komanda xalsız qaldı. Deməli, rəqiblər arasında ciddi fərq yoxdu, avrokuboklara vəsiqə uğrunda sonadək qızğın mübarizə izləyəcəyik.

AĞA

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Digər idman növləri2024-05-29 11:15

Cokoviçdən rahat qələbə

blank
Ölkə futbolu2024-05-29 11:01

“Araz-Naxçıvan”da baş məşqçi ilə bağlı yeni qərar

blank
Digər idman növləri2024-05-29 10:50

“Minnesota Timbervulvs” seriyanın bitməsinə imkan vermədi

blank
Digər idman növləri2024-05-29 10:32

Parisə kimlər lisenziya qazanıb?

blank
Dünya futbolu2024-05-29 10:15

Daha bir final günü: Konfrans Liqasının qalibi müəyyənləşir

blank
Layihə2024-05-29 10:01

İdman telejurnalistikası: müasir tələblər və problemlər

blank
Dünya futbolu2024-05-29 09:44

“Barselona”da yeni müqavilə

blank
Dünya futbolu2024-05-29 09:27

“Beşiktaş”da ayrılıq

blank
Dünya futbolu2024-05-29 09:10

Premyer Liqa klubu Vernerlə müqaviləni yenilədi

blank
Dünya futbolu2024-05-29 08:53

La Liqada mövsümün ən yaxşıları müəyyənləşdi

blank
Digər idman növləri2024-05-29 08:35

75 yaşında velosipedlə ürək məşqi

blank
Digər idman növləri2024-05-29 08:17

Gəncədə birlikdə qaçış

blank
Müsahibə2024-05-29 08:00

Bəxtiyar “Tuzlaspor”dan ayrılmağa məcburdur: “Təkliflərə baxıb qərar verəcəyəm”

blank
Ölkə futbolu2024-05-29 01:23

“Qəbələ”nin futbolçusu Türkiyədə əməliyyat olundu

blank
Digər idman növləri2024-05-28 23:36

Azərbaycanın daha bir idmançısı Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Milli komanda2024-05-28 23:00

Avropa çempionatı öncəsi milli üzvləri ilə görüş

blank
Digər idman növləri2024-05-28 22:43

Azərbaycanın daha 2 boksçusu lisenziya turnirində mərhələ adladı

blank
AÇ-20242024-05-28 22:26

Çexiya millisinin AÇ-2024 üçün heyəti

blank
Dünya futbolu2024-05-28 21:51

Qazaxıstan millisinin Azərbaycanla oyun üçün heyəti bəlli oldu

blank
Dünya futbolu2024-05-28 21:18

“Fənərbaxça”da ayrılıq

blank
Ölkə futbolu2024-05-28 20:44

“Turan Tovuz”da gözlənilməz istefa

blank
Ölkə futbolu2024-05-28 19:32

“Səbail”dən ayrıldığını açıqladı

blank
AÇ-20242024-05-28 19:00

Slovakiya millisinin də AÇ-2024 üçün ilkin heyəti bilindi

blank
Digər idman növləri2024-05-28 18:29

Avropa Həndbol Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib

blank
Milli komanda2024-05-28 18:00

“Azərbaycan millisi ilə ən çətin vəzifənin öhdəsindən gəlmək olar” – Çerçesov

blank
Ölkə kuboku2024-05-28 17:31

Finala doğru: “Qarabağ” və “Zirə”nin 37-ci dueli

blank
Ölkə futbolu2024-05-28 17:00

Millimizin forvardı “Hatayspor”dan ayrıldı

blank
AÇ-20242024-05-28 16:00

Belçika millisinin AÇ-2024 üçün yekun heyəti açıqlandı

blank
AÇ-20242024-05-28 15:32

Serbiya millisinin AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-28 15:00

Azərbaycan idmançısı “Bratislava Reqatası”nda 3-cü oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm