Ölkə futbolu
Hazard məşqə başladı
“Real”ın futbolçusu Eden Hazard La Liqanın 35-ci turunun “Alaves”lə oyununa hazırlaşır. Belçikalı yarımmüdafiəçi komanda ilə ümumi məşqlərə qayıdıb. Ancaq 29 yaşlı oyunçu çərşənbə axşamı və çərşənbə günü məşqlərdə iştirak edə bilməyib.
Baş məşqçi Zinəddin Zidan futbolçunun sağlamlığı ilə bağlı risk etmək istəmir. Ancaq “Alaves”ə qarşı görüşdə qalibiyyətin vacibliyi onun planlarına təsir edə bilər.
Qeyd edək ki, Hazard ölkə çempionatında “Espanyol”la matçda ayağında ağrılar hiss edib. Bu səbəbdən o, “Xetafe” və “Atletik”lə qarşılaşmaları buraxıb.