Premyer-liqa
“Heç bir faciə baş verməyib” – Şahin Diniyev
“Səbail”in baş məşqçisi Şahin Diniyev Premyer Liqanın 1-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, o, 1:4 hesabıyla uduzduqları ev matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun barədə çox danışmağa ehtiyac yoxdur. Nəticə hər şeyi deyir. 38 dəqiqə sıxıldıq, öz oyunumuzu tapa bilmədik. Anlaşma sıfır dərəcəsində idi. Komandanı həmin dəqiqələrdə tanımadım. 38-45-ci dəqiqələr arasında 4-5 qol epizodu yaratdıq. İkinci hissəyə çox yaxşı başladıq. Dalbadal qollar gəlməli idi. Fürsətlərdən istifadə edə bilmədik. Qırılma nöqtəsi penalti idi. Bundan sonra əks-hücumlarda tutulduq. Bu, başlanğıcdır. Komandama möhkəm olmağı tapşırdım. Hələ heç bir faciə baş verməyib. Bu gün bizim pis günümüz idi. Ayağa qalxıb addımlamaq lazımdır. Hər şey normal olacaq. Hesab oyuna görə deyildi”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar