Bizi izləyin

Milli komanda

Heç vaxt yenmədiyimiz rəqiblərlə bir qrupda: yalnız estonları Gəncədə məğlub etmişik

blank
blank

Püşk atıldı və bəlli oldu ki, milli komandamız Avropa çempionatının seçmə mərhələsinin F qrupunda Belçika, Avstriya, İsveç və Estoniya yığmaları ilə üz-üzə gələcək. Göründüyü kimi, komandamızın bu qrupdan final mərhələsinə çıxmaq şansı minimuma bərabərdir. Təbii ki, futbol sürprizlərlə zəngin oyundur. Amma sürpriz edənlərin belə nəsə etməyə potensialı var. Canni de Byazinin komandasına isə ümid etməyə dəyməz.

Estoniyanı istisna etsək, qrupda qarşılaşacağımız digər 3 komandanın həndəvərində də dayana bilmərik. Necə də olmasa, Belçika, Avstriya və İsveç komandaları son Avropa çempionatının iştirakçısı olub. Təbii ki, bu qrupda mübarizə aparacaq 5 komandadan yalnız Belçikanın qarşıdakı dünya çempionatında iştirak edəcəyini nəzərə alsaq, saxta təsəllimiz ola bilər. Amma istənilən halda, buna görə ruhlanmaq özümüzü aldatmaqdan başqa bir şey deyil.

Əlbəttə, daha münasib qrupda düşə bilərdik. Lakin hətta ən münasib rəqiblərlə dueldən qalib ayrılmaq şansımız çox az olardı. Böyük hədəf üçün özün güclü olmalısan. Milli meydana çıxacaqsa, deməli, oynamağa və qələbə üçün döyüşməyə borcludur. Bəs görəsən, rəqiblərimiz hazırda hansı vəziyyətdədir?

Qrupda təqdimata ehtiyacı olmayan yeganə komanda Belçika millisidir. Son 5 böyük turnirə vəsiqə qazanan “qırmızı iblislər” final mərhələsində oynamaqla kifayətlənməyib, həm də pley-offa vəsiqə qazanır. Zarafat deyil, biz son dünya çempionatının bürünc mükafatçısından danışırıq.

Belçika millisinin heyətinə gəlincə, bu komandada Tibo Kurtua kimi qapıçı, Kevin de Bruyne kimi yarımmüdafiəçi və Romelu Lukaku kimi hücumçu top qovur. Doğrudur,  bu komandanın “qızıl nəsli” artıq qürub çağını yaşayır. Yəni, yeni nəsildən hələ ki, parlaq oyunçu yetişdirməyiblər. Yalnız “Milan”ın “Brügge”dən yeni transferi Şarl de Ketelarenin adını çəkmək olar. O da ki, hələ “çiydir”.

Qrupun digər təhlükəli komandası İsveç yığmasıdır. Doğrudur, İsveçə qədər 2-ci səbətdən Avstriya yığması çıxdı. Amma isveçlilərin Qətərdə keçirilən dünya çempionatına vəsiqə qazana bilməməsi və son Millətlər Liqasında uğursuz çıxışı bu komandanın reytinqdə geriləməsinə səbəb oldu. Potensiala görə isə skandinaviyalıların mərkəzi avropalılardan daha üstün olduğunu heç kim inkar edə bilməz.  İsveç millisi son 6 Avropa çempionatının hamısında iştirak edib.

Heyət məsələsində İsveç yığması son illər İbrahimoviç kimi oyunçuları üzə çıxarması ilə öyünə bilmir. Amma “Nyukasl”da oynayan Aleksander İsakla “Tottenhem”də çıxış edən Deyan Kuluşevski hazırda millinin vuran ayağına çevrilib.

Avstriya millisinə gəlincə, bu komanda yalnız son iki Avropa çempionatında iştirak edib. Sonuncu dəfə avstriyalılar dünya çempionatının qrup mərhələsində 1998-ci ildə görünüb. Əsasən Almaniya bundesliqasının ortabab komandalarında oynayan “vundertim”in üzvləri dünya ulduzu sayılmasa da, potensialları göz önündədir. Əsas ulduzları “Bayern”də çıxış edən Marsel Sabitzerlə “Bolonya”nın hücumçusu Marko Arnautoviçdir.

Bu qrupda dizimizə uyğun yeganə rəqib Estoniyadır. Təbii ki, Baltikyanı ölkənin millisi də bizim kimi indiyə qədər heç bir turnirdə iştirak etməyib. Amma bu komanda AÇ-2012-nin seçmə mərhələsində ikinci yeri tuta bilmişdi. Sadəcə, pley-offda onların qarşısını İrlandiya yığması kəsmiş və nəticədə komanda tarixi şansı qaçırmışdı.

Estonların hazırkı heyətində də adlı-sanlı oyunçu axtarmaq mənasızdır. Amma Norveçin “Budo Qlimt” klubunda Mattias Kyayt və İsveç “Helsinborq”unda Vladislav Kreyda kimi yarımmüdafiəçiləri var. Hücumda isə Niderland “Venlo”sunun üzvü Erik Sorqa və Çexiyanın “Karvina” komandasından Vlasiy Sinyavski top qovur. Əksər oyunçular Estoniya çempionatında oynayır.

Əlbəttə, indidən bu komandaları tam təhlil etmək doğru olmazdı. Gələn il seçmə mərhələ start götürənə qədər məşqçilər dəyişə və heyətdə də müəyyən yeniliklər həyata keçə bilər. Oyunlar ərəfəsində hər rəqibi ayrıca təhlil edəcəyik. Hələliksə, millimizin bu komandalarla tarixi rəqabətinə nəzər salaq.

Azərbaycan rəqibləri ilə…

Azərbaycan – Belçika

11.11.2006. Brüssel. AÇ, seçmə mərhələ. Belçika – Azərbaycan 3:0

21.11.2007. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Belçika 0:1

29.03.2011. Brüssel. AÇ, seçmə mərhələ. Belçika – Azərbaycan 4:1

02.09.2011. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Belçika 1:1

Azərbaycan – Avstriya

08.09.2004. Vyana. DÇ, seçmə mərhələ. Avstriya – Azərbaycan 2:0

07.08.2005. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – Avstriya 0:0

08.10.2010. Vyana. AÇ, seçmə mərhələ. Avstriya – Azərbaycan 3:0

07.11.2011. Bakı. AÇ, seçmə mərhələ. Azərbaycan – Avstriya 1:4

Azərbaycan – İsveç

02.09.2000. Bakı. DÇ, seçmə mərhələ. Azərbaycan – İsveç 0:1

07.10.2001. Stokholm. DÇ, seçmə mərhələ. İsveç – Azərbaycan 3:0

Azərbaycan – Estoniya

15.02.1996. Larnaka. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

01.03.1997. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 0:2

04.06.1997. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 1:0

16.05.1998. Vilyandi. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

28.11.1998. Gəncə. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:1

06.03.1999. Larnaka. Yoldaşlıq oyunu. Azərbaycan – Estoniya 2:2

03.07.2002. Kuressaare. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 0:0

15.11.2013. Tallin. Yoldaşlıq oyunu. Estoniya – Azərbaycan 2:1

FƏRİD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 23:07

Şahruddinli “Adana Dəmirspor” və “Beşiktaş” evdə xal itirdilər

blank
Premyer-liqa2024-04-13 22:28

“İlk hissədəki 2:0 oyunçulara güvən və rahatlıq verdi” – Bojoviç

blank
Premyer-liqa2024-04-13 21:56

“Neftçi”nin bizdən üstün oynadığını düşünmürəm” – Baxşıyev

blank
Premyer-liqa2024-04-13 21:37

“Araz-Naxçıvan” “Neftçi”yə böyük hesabla uduzdu – VİDEO

blank
Premyer-liqa2024-04-13 20:52

“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı

blank
Premyer-liqa2024-04-13 20:30

“Xarakter göstərmək lazımdır” – Sxadadze

blank
Premyer-liqa2024-04-13 20:14

“Uduza da bilərdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-04-13 20:00

“Qəbələ” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-13 19:42

“Turnir cədvəlini düşünmürük”

blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm