Ölkə futbolu
“Heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik” – “Qəbələ” rəsmisi
“Artıq çempionatın start vaxtı bilinir. Biz də yaxın günlərdə komanda ilə Qəbələdə toplaşacağıq. Bu gün və ya sabah tarix bəlli olacaq”.
Futbolinfo.az xəbər verir ki, bu fikirləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisi imkanları daxilində komandaya yeni futbolçular cəlb edəcəklərini bildirib.
Əzizov müqavilələri yeniləmək üçün futbolçularla danışıqlar aparacaqlarını da sözlərinə əlavə edib: “Məşqçilər korpusu bizə bütün futbolçuları saxlamaq istədiklərini söyləyib. Amma büdcəmiz buna nə qədər imkan varəcək? Hazırda onun müzakirəsi gedir. Demək olar ki, bütün futbolçularımız komandada qalmaq istədiklərini bildiriblər. Ümid edirik ki, heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik”.
Qeyd edək ki, “Qəbələ” yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 19 xalla 8-ci pillədə başa vurub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib. Azərbaycan Premyer Liqasında yeni mövsümün avqustun 14-də başlayacağı planlaşdırılır. (report)
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”