Milli komanda
“Heydər Əliyev-100”: Pley-off oyunlarının təqvimi bilindi
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində pley-off mərhələsinin cütləri müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, A qrupunu üçüncü pillədə başa vuran Azərbaycan millisi pley-offda digər qrupun ikincisi olan Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu cütün qalibi yarımfinalda B qrupunun birincisi olmuş Qazaxıstanla qarşılaşacaq.
Digər pley-off görüşü Çexiya və Ukrayna yığmaları arasında baş tutacaq. Bu cütün qalibini isə yarımfinalda A qrupunda birinci olmuş Serbiya ilə görüş gözləyir.
Pley-off və yarımfinal görüşləri mayın 5-də keçiriləcək.
Pley-off oyunları
11:00. Fransa – Azərbaycan
12:30. Çexiya – Ukrayna
Yarımfinal
20:00. Serbiya – Azərbaycan/Fransa
21:30. Qazaxıstan – Çexiya/Ukrayna
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…
- Ölkə futbolu2024-04-24 08:00
Musa “Yurqorden”dən ayrılır: “Heç nəyi istisna etmirəm”