Bizi izləyin

Layihə

Heydər Əliyev və idman

blank
blank

“Heydər Əliyev İli”, IV yazı: Ulu öndərin şahmat sevgisi

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün sahələrə eyni diqqəti göstərdiyi kimi, idmanda da obyektivliyi ilə diqqəti cəlb edirdi. İdman növünün populyarlığı və reytinqindən asılı olmayaraq, heç kim diqqətdən kənarda qalmırdı. İnfrastruktur da məhz bu siyasətə uyğun yenilənirdi.

Dövlətimizin qurucusu olimpiya idman növləri ilə yanaşı, qeyri-olimpiya, o cümlədən zehni bacarıq tələb edən idman növlərinin tərəqqisinə xüsusi diqqət ayırmağı vacib sayırdı. Heydər Əliyevin şahmata daxili məhəbbəti var idi. Ölkəyə rəhbərliyi dövründə şahmat məktəblərinin fəaliyyəti, vəziyyəti ilə vaxtaşırı maraqlanıb yaxından tanış olurdu. Şahmat oynamağı sevən ümummilli liderin bilavasitə rəhbərliyi altında 80-ci illərdə Azərbaycanda güclü şahmat məktəbləri şəbəkəsi yaradılmış, bu idman növünün ölkəmizdə coğrafiyası genişlənmişdi. Nəticədə şahmatçılarımızın dünyanın böyük və nüfuzlu idman salonlarında uğurlu çıxışlarının sayı çoxalmış və bu da idman ictimaiyyətinin sevinc və qürur mənbəyi olmuşdur. Bu gün ölkəmizdə olan şahmat ənənəsi o dövrün təməli üzərində qurulmuşdur.

Azərbaycan rəhbərliyinə qayıdışından sonra Heydər Əliyev bu idman növünün vəziyyəti ilə ciddi şəkildə maraqlanmış, yeni istedadların üzə çıxarılmasını, onların qrossmeyster kimi yetişməsi üçün bütün imkanlardan səmərəli istifadə etməyi təmin etmişdir. 1997-ci ildə keçmiş dünya çempionu Anatoli Karpovu qəbul etməsi, onunla Azərbaycan şahmatı haqda fikir mübadiləsi aparması bunlara əyani sübutdur. Qeyd edək ki, bu fakt həmin istiqamətdə görüləcək işlərin yeni mərhələdə başlanğıcı, onlara bir növ işarə və ilk addım idi.

Hadisələrin sonrakı gedişi böyük rəhbərin hər şeyi çox dəqiq ölçüb-biçdiyini, nəzərdə tutduğunu ortaya qoydu. Çox keçmədən, 1998-ci ilin fevral ayında prezidentin “Azərbaycanın uşaq şahmatçıları Teymur Rəcəbov və Vüqar Həşimova dövlət qayğısının artırılması haqqında” və həmin ilin sonunda “Azərbaycanın uşaq şahmatçılarına dövlət qayğısının artırılması haqqında” sərəncamları onun bu sahəni tam diqqətdə saxladığına bariz nümunədir.

blank

İlk sərəncama əsasən, 11 yaşlı Teymur Rəcəbov və 12 yaşlı Vüqar Həşimovun beynəlxalq yarışlarda iştirak etmək və onlara hazırlıq məqsədilə maliyyə vəsaiti ayrıldı. 1996-cı ildən onların FİDE ustaları olması öz təsirini göstərdi. 2-ci sərəncama əsasən, Gənclər və İdman Nazirliyinə və Təhsil Nazirliyinə xüsusi tapşırıq verildi. Məlum oldu ki, Azərbaycan Şahmat Federasiyası ilə birlikdə respublikada uşaq şahmatının inkişafı üçün lazımi tədbirlər planı hazırlanmalı və həyata keçirilməlidir. Bundan başqa, sərəncamda qeyd edilən digər bir vacib amil şahmatçıların müasir dövrdən geri qalmaması üçün onların son model kompüterlərlə təchiz edilməsi idi. Eyni zamanda ilk sərəncamda siyahıya salınmayan daha iki şahmatçı dövlət qayğısına götürüldü. Teymur Rəcəbov və Vüqar Həşimov kimi, Qədir Hüseynovla Rauf Məmmədovun da hazırlıq və beynəlxalq turnirlərdə iştirakı üçün maliyyə vəsaiti ayrıldı.

Həmin sərəncamlardan sonra şahmatın inkişafına sanki güclü bir təkan verildi. Respublika ərazisindəki şahmat məktəblərində yenidən canlanma yarandı. Şahmatla məşğul olmaq istəyən uşaqların sayı gündən-günə artmağa başladı. Belə münasibətin nəticəsini çox gözləmək lazım gəlmədi. Azərbaycanda dünyanın ən güclü şahmatçıları ilə birlikdə mübarizə apara və onları məğlub edə biləcək bir nəsil yetişdi. Bütün bunların məntiqi nəticəsi olaraq artıq ölkəmizdə də böyük şahmat turnirlərinin keçirilməsinə maraq yarandı.

(III yazı ilə bu linkdən tanış ola bilərsiz)

İLQAR AĞAYEV

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Sahə: Uşaq və gənclərin fiziki və mənəvi inkişafında idmanın rolu

blank
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Premyer-liqa2024-04-21 19:00

“Səbail” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm