Dünya futbolu
Hummels vidaya hazırlaşır
Mats Hummels karyerasını başa vurmağı qərara alıb. Almaniya yığmasının sabiq müdafiəçisi yayda butslarını birdəfəlik soyunacaq.
Futbolinfo.az xəbər verir ki, Dortmund “Borussiya”sının 35 yaşlı üzvü getmək zamanının gəldiyini düşünür. “Bild”in yazdığına görə, mərkəz müdafiəçisi yaxınlarına müasir futbolun sürəti ilə ayaqlaşa bilmədiyini, bu üzdən karyerasını bitirəcəyini deyib.
“Bayern”də yetişən, bir dəfə “Borussiya”ya carəyə verilən Mats bu klublar arasında dəfələrlə var-gəl edib. Münhenllər onu 2009-cu ildə 4,2 milyon avroya satmış, 2016-da 35 milyon ödəyərək geri almışdı. 2019da dortmundlular növbəti dəfə 30 milyon avro ödəyərək Hummelsi heyətinə qatmışdı. Müdafiəçinin dortmundlularla müqaviləsi 3 aydan sonra bitəcək və o, yeni anlaşma imzalamayacaq.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə