Dünya futbolu
Hvanq yenə icarəyə gedir
Yeni oyunçu transferlərindən sonra heyəti kifayət qədər “yüklənən” “Nottingem Forest” onlardan bəzilərini satır və ya icarəyə verir. Ötən həftə bir neçə futbolçu bu yolla İngiltərə klubundan ayrıldı.
Futbolinfo.az xəbər verir ki, indi də Ui-jo Hvanq “meşəbəylər”lə vidalaşır. 31 yaşlı cənubi koreyalı Türkiyədə oynayacaq. Hücumçu “Alanyaspor”la müqavilənin bütün detallarını razılaşdırıb. O, mövsümün sonunadək icarədə olacaq, daha sonra 2025-ci ilin yayınadək müqavilə ilə məxsus olduğu kluba qayıdacaq.
“Nottingem Forest”in 2022-ci ilin yayında “Bordo”dan 4 milyon avroya transfer etdiyi Hvanq bugünədək daim icarələrdə olub. İngiltərəyə gəldiyi günün ertəsi “Olimpiakos”a göndərilən hücumçu, daha sonra “Seul” və “Norviç”də eyni qaydada top qovub.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var