I Liqa
I Liqa matçında Əsasnamə pozuldu, “Karvan” cərimələndi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, iclasda I Liqanın 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
MOİK – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “İmişli” oyununda “Qaradağ Lökbatan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qaradağ Lökbatan” klubu 70 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “İmişli” oyununun 80-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 22 nömrəli futbolçusu Mikel Badejo ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilib.
“Qaradağ Lökbatan” – “İmişli” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.
“Karvan” – “Şamaxı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Zaqatala” klubunun 15 nömrəli futbolçusu İbrahim Qədirzadə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Zaqatala” klubu 50 manat cərimə edilib.
“Zaqatala” – “Mingəçevir” oyununda xərəkdaşıyanlar olmadığına görə “Zaqatala” klubu 80 manat cərimə edilib.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə