Ölkə futbolu
İanə kampaniyası uğursuz oldu, “Turan Tovuz”a avtobusu yeni sponsor aldı
“Turan Tovuz”un yeni sponsoru əməli fəaliyyətdə özünü göstərməyə başlayıb. “Huner Group” klubun problemlərinin həlli istiqamətində ilk addımını atıb.
Futbolinfo.az xəbər verir ki, klub üçün yeni avtobus alınıb. Bugünədək nəqliyyat vasitələrini icarəyə götürən qərblilərin artıq özünə məxsus avtobusu var.
Tovuzluların problemi heç də uğursuzluğa uğrayan ianə kampaniyası vasitəsi ilə həllini tapmayıb. Futbolun İnkişaf Fondunun (FİF) “Turan 100k” layihəsi hədəf kimi göstərilən 100.000 AZN-in yalnız 20 faizini toplaya bilib. AFFA rəhbərliyinə inamsızlığın nəticəsi kimi azarkeşlər bu layihəyə ciddi maraq göstərməyib.
Az qala bir ildir davam edən, lakin ciddi nəticələri olmayan layihədən toplanan 20 min manatadək məbləğə əlavəni klubun yeni sponsoru və AFFA edib. Tərəflər hərəyə təqribən 100 min manat ödəyib və kluba yeni avtobus alınıb.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq