Digər idman növləri
İddiaçılar Turnirinin püşkü atıldı
Kanadanın Toronto şəhərində keçiriləcək şahmat üzrə İddiaçılar Turnirinin püşkü atılıb. Azərbaycan təmsilçisi Nicat Abasov ilk turda rusiyalı Yan Nepomnyaşi ilə üz-üzə gələcək.
28 yaşlı qrossmeyster ikinci turda ABŞ təmsilçilərindən Fabiano Karuana ilə görüşəcək. Abasov daha sonra sıra ilə bu ölkənin digər şahmatçısı Hikaru Nakamura, fransalı Əlireza Firuzca, hindistanlı Dommaracu Qukeş, Qukeşin həmyerlisi Rameşbabu Praqnanandha, yeddinci turda digər hindistanlı Santoş Viditlə görüşəcək.
Azərbaycan şahmatçısı ikinci dövrədə, 8-14-cü turlarda eyni ardıcılıqla görüşlər keçirəcək.
Qeyd edək ki, İddiaçılar Turniri aprelin 2-25-i aralığında reallaşacaq.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı