Ölkə futbolu
“İddialı kollektivin bir parçası olmaq qürurvericidir”
Mövsümlərarası transfer çalışmalarını davam etdirən “Sabah” yayda ilk transferini reallaşdırıb.
Futbolinfo.az xəbər verir ki, gənc müdafiəçi Rəhman Daşdəmirovla 2 illik müqavilə bağlanıb.
Rəhman keçidi ilə bağlı fikirlərini bildirib. Gənc futbolçu “Sabah”ın üzvü olmaqdan şad olduğunu deyib:
“Sabah”la müqavilə bağladığıma görə çox şadam. Bu cür iddialı kollektivin bir parçası olmaq qürurvericidir. Mənə etimad göstərildiyinə görə təşəkkür edirəm. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum. Azarkeşləri növbəti mövsümdə də komandamızı sona kimi dəstəkləməyə çağırıram. İnanıram ki, birlikdə böyük uğurlara imza atacağıq”.
- Ölkə futbolu2024-04-30 09:15
“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür
- Ölkə futbolu2024-04-29 08:00
Avrokuboka vəsiqə üçün vacib qələbələr: Sumqayıtda hakimlər də iş başında idi
- Ölkə futbolu2024-04-29 09:25
“Nitsa” Benzianı istəyir
- Ölkə futbolu2024-04-30 15:31
Riad Rəfiyevin çempionatı: hakimlər qışdan bəri “Sumqayıt”a 8 xal hədiyyə edib