Bizi izləyin

Digər

İdman və təhsil: gənclərin sabahını riskə atmamaq üçün paralel inkişaf vacibdir

blank
blank

İdman və təhsil – hər ikisinin bir arada olması həm vacib, həm də çətindir. Müstəqil həyata hazırlaşan gənclər əksər hallarda məhz bu seçim qarşısında qalarkən səhvə yol verir. Bu səbəbdən onlar üçün təhsildən kənar qalmamaqla idmanla məşğul olması üçün lazım olan şəraiti yaratmaq şərtdir.

Təhsil cəmiyyətin inkişafının zəmanətçisidir. İnkişaf etmiş dövlətlər təbii sərvət sayəsində rifah halını yaxşılaşdıra bilər, amma bünövrə təhsil üzərində qurulmayıbsa, bu yüksəliş müvəqqəti xarakter daşıyacaq.

Məsələn, biz sosial rifah planında Yaponiya ilə Səudiyyə Ərəbistanı və ya Qətəri tərəzinin bir gözünə qoya bilərik. Amma gəlin baxaq, bu ölkələr arasında təhsil sahəsində vəziyyət nə yerdədir? Gələcəkdə bəşəriyyət təbii sərvətlərdən asılılıqdan tədricən qurtulduqda və yaxud alternativ enerji resursları aşkarlandıqda vəziyyət Uzaq Şərq ölkəsinin xeyrinə dəyişəcək, yaponların süni intellekti ərəblərin təbii sərvətini kölgədə qoyacaq.

Bu gün hansısa futbolçu alimdən və ya cəmiyyətə faydalı olan digər bir sahənin əməkdaşından daha çox gəlir əldə edə bilər. Amma cəmiyyətin inkişafı futbolçusunun məharətindən yox, elm sahəsində çalışanların fəaliyyətindən asılı olacaq. Bu, heç də idmanın ikinci plana keçməli olduğundan xəbər vermir. İstər dövlətlər, istərsə də fərdlər paralel inkişafa üstünlük verməlidir.

Hələ avropalılardan danışmırıq, müqayisəsini apardığımız Yaponiya idman sahəsində də Yaxın Şərqin varlı ölkələrini üstələyir. Fərdlərə gəlincə də belə olmalıdır. Bir idmançı bir alim qədər savada sahib ola bilməz, amma bilik cəhətdən axsamamalıdır.

Bu mənada Azərbaycanda vəziyyət nə yerdədir? Azərbaycanda idmanın yolunu seçən yeniyetmələr təhsilə nə dərəcədə xüsusi diqqət ayırır?

Əslində, bu məsələni araşdırmaq üçün özümüzü çox dağa-daşa salmağa ehtiyac yoxdur. Görünən kəndə nə bələdçi? Uğur qazandığımız idman növlərindən tutmuş nailiyyət əldə edə bilmədiyimiz növlərə qədər Azərbaycan idmançısının “atomu parçalaya” bilmədiyini görərik. Əslində, bu atomu nə yapon, nə də alman idmançı parçalayır. Desək ki, bütün inkişaf etmiş ölkələrin adlı-sanlı idmançıları savadlıdır, amma biz onlardan geri qalırıq, o zaman həqiqəti təhrif etmiş olarıq. Amma ümumi planda onların müəyyən üstünlükləri var ki, bizdə o yoxdur.

Məsələn, bu gün hansı titullu idmançımızın memuar yazdığını görmüşük? Amma inkişaf etmiş ölkələrin məşhur idmançıları karyeralarının qürub çağında və ya ondan sonra əlinə qələm alıb keçmişini işarələyir və onu kitab halına çevirir. Bu, hələ ən primitiv nümunədir. Ancaq bu da idmançıya qiymət vermək üçün meyar olmamalıdır.

Gəlin, problemin daha dərin qatlarına nüfuz edək. Tutaq ki, idmanla məşğul olanlar gələcəklərini elmsiz də zənginləşdirməyi bacardı. Lakin idmanla məşğul olan hər yeniyetmə bu sahədə uğur qazana bilmir, gələcəyə ümidlə addımladığı məqamda yarıyolda qalır, idmana görə təhsilini qurban vermək ona baha başa gəlir. Belədə hər iki istiqmətdə uğursuzluq yaşanınca fəsadları çox böyük olur.

Halbuki, belə vəziyyətdə paralel addımlamaq lazımdır. Təəssüf ki, bu mənada Azərbaycanda vəziyyət o qədər də ürəkaçan deyil. Təhsilimizin hansı vəziyyətdə olmasını müzakirə etmirik, əksinə, ali savadla gələcək qurmağın çətin olduğunu anlayan valideynlər övladlarını idman dərnəklərinə yazdırırlar. Çünki valideyn yaxşı bilir ki, övladı gələcəkdə hansısa bir futbol klubumuzun üzvünə çevrilsə və yaxud digər idman növlərində olimpiya, dünya və ya Avropa çempionu olsa, universitet məzunundan daha parlaq gələcəyə sahib olacaq. Amma bu arzuyla yaşayan hər valideyn də istəyinə çata bilmir. Sistem olaraq balans qurulsa, insanlar seçim qarşısında qalmaz. İdman sahəsində uğursuzluq olunca, dadına təhsil çatacaq və ya təhsillə müəyyən yerə varmağın çətinliyini görüb idmanda uğur qazanacaq. İkinci variantı bir kənara qoyub (onsuz da hədəf o idi, ona görə bu yolda addımlayan uduzmur) birincini qabardacağıq.

İndiki məqamda ölkədə daha kütləvi, daha çox maraq doğuran və daha çox qazanc əldə edilməsi mümkün olan idman növlərindən olan futbolu götürək. Yuxarıda qabartdığımız paralellik məsələsində futbol bir qədər axsayır. Daha doğrusu, futbolla məşğul olan yeniyetmələr orta məktəb dövründə təhsili idmana qurban verməli olur. Dərd orasındadır ki, Azərbaycan futbolu elə bir vəziyyətdədir ki, sabah həmin yeniyetmə o bataqlığa düşdükdən sonra heç nə əldə bilmir. Məktəb illərini boşa verməsi ona normal həyat qurmağa da mane olacaq.  Sonrakı peşmançılıq isə fayda vermir.

Əslində, bu mənada ən doğrusu ABŞ təcrübəsidir. Dünyanın ən inkişaf etmiş ölkəsinin peşəkar idman liqaları öz heyətlərinə gənc oyunçuları kollec və universitetlərdən cəlb edirlər.  Yəni, hər bir kollec və universitetin futbol, basketbol, xokkey və ya digər idman növlərinə aid komandaları olur. Peşəkar liqalara da məhz oranın tələbələri yollana bilir. İdman sahəsində də uğur qazana bilməyənlər gələcəkdə məzuna çevrilib hansısa bir faydalı sahədə çalışır.

Avropada isə vəziyyət bir qədər fərqlidir. Qitənin adlı-sanlı klubları yeniyetmə futbolçuların təhsil məsələsini öz üzərinə götürür, onlara məktəbi bitirənə qədər eyni yerdə təhsil verir. Yeniyetmələr eyni məkanda həm futbolun, həm də elmin incəliklərinə yiyələnir. Sabah həmin gənc futbolda uğur qazanmadıqda hansısa bir sahənin mütəxəssisi kimi yetişir. Yəni abituriyent kimi universitetə yollanmaq onun üçün problemə çevrilməyəcək.

Azərbaycanda bu məqamda hər klub öz yeniyetmələrinə belə şəraiti yarada bilmir. Bu mənada “Qəbələ” və “Sabah” klublarını nümunə gətirmək olar. Lakin onların çabaları inkişaf üçün kifayət etmir. Azərbaycanda nə qədər yeniyetmə təhsili idmana qurban verərək gələcəyini riskə atır.

Bəlkə də səhv yönəltməylə, yeniyetmələr üçün idmanla təhsili paralel təşkil etməməklə cəmiyyətə faydalı ola biləcək neçə-neçə potensial mütəxəssisi itiririk. Futbol oynamaq bacarığı bir ölkənin təbii sərvətinə bənzəyir. Onun bir yerdən sonra tükənməsi gələcək adına böyük fəsada yol aça bilər. Bu səbəbdən maksimum diqqətli olmaqda, idmançı gənclərimizin təhsilinə də önəm verməkdə fayda var. Federasiyalar, klublar, valideynlər daha diqqətli olsun…

ABBAS

blank
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Reklam
blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Milli komanda2022-08-11 11:43

Millimizdən 6 cavabsız qol

blank
Dünya futbolu2022-08-11 11:22

“Qarabağ”ın rəqibində ayrılıq

blank
Dünya futbolu2022-08-11 11:00

Millinin baş məşqçisi istefaya göndərildi

blank
Milli komanda2022-08-11 10:40

Millinin yoxlama oyunları və toplanış ləğv olundu

blank
Dünya futbolu2022-08-11 10:30

Avroliqada 3-cü təsnifat mərhələsinə yekun vurulur – YENİLƏNİR

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-11 10:10

“Neftçi” “Rapid”ə qarşı – YENİLƏNİR

blank
Ölkə futbolu2022-08-11 10:00

“Neftçi”dən azarkeşlərə müraciət

blank
Dünya futbolu2022-08-11 09:44

“Barselona”nın qapıçısı Premyer Liqa klubunda

blank
Digər idman növləri2022-08-11 09:32

AÇ: Azərbaycan yığmasının rəqibləri bəlli oldu

blank
Dünya futbolu2022-08-11 09:15

“Qarabağ” üçün “çex avtobusu”

blank
Dünya futbolu2022-08-11 09:00

53 milyon avroya alınmışdı, 20 milyona satıldı

blank
Dünya futbolu2022-08-11 00:55

Avropanın superi – “Real”!

blank
Dünya futbolu2022-08-10 23:58

Nazarovlu “Ersgebirge” səfərdən xalsız döndü

blank
Dünya futbolu2022-08-10 23:45

Xorvatiya klubu Konfrans Liqasının pley-offunda

blank
Dünya futbolu2022-08-10 23:17

Dadaşovdan İsveçrədə daha bir qol!

blank
Digər idman növləri2022-08-10 22:58

İslamiada: Azərbaycan gimnastı gümüş medal qazandı

blank
Digər idman növləri2022-08-10 22:27

İslamiada: Taekvondoçulardan daha 3 medal

blank
Digər idman növləri2022-08-10 22:09

İslamiada: Azərbaycan güləşçilərindən möhtəşəm start!

blank
Ölkə futbolu2022-08-10 21:15

“Əlimizdən gələni edəcəyik” – Yusuf Laval

blank
Ölkə futbolu2022-08-10 21:09

“Bura hesabı qorumağa gəlməmişik” – Regekampf

blank
Ölkə futbolu2022-08-10 20:39

“Neftçi” ilə oyunda qollarımın davamını gətirmək istəyirəm”

blank
Ölkə futbolu2022-08-10 20:10

Şimali Makedoniya millsinin üzvü “Sumqayıt”da

blank
Ölkə futbolu2022-08-10 19:58

“Neftçi” ilə oyunda böyük güc sərf etməliyik” – Feldhofer

blank
Premyer-liqa2022-08-10 19:00

Premyer Liqanın 2-ci turu rəqəmlərin gözü ilə

blank
Premyer-liqa2022-08-10 18:46

İki debüt, iki yubiley

blank
Digər idman növləri2022-08-10 18:33

İslamiada: Azərbaycan millisi Türkiyə yığmasına məğlub oldu

blank
Ölkə futbolu2022-08-10 18:16

Uğurun təməli – getdiyin yolu bilməyindədir!

blank
Ölkə futbolu2022-08-10 18:00

“Qəbələ”də ukraynalı yarımmüdafiəçi

blank
Dünya futbolu2022-08-11 12:00

Renat Dadaşov “Qrasshopper”i məğlubiyyətdən xilas etdi – VİDEO

blank
Dünya futbolu2022-08-11 10:20

“Real”dan “Ayntraxt” üzərində super qələbə – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:14

“Viktoriya” bu qələbə ilə “Qarabağ”a rəqib oldu – VİDEO

blank
Ölkə futbolu2022-08-10 11:00

“Qarabağ”ın Budapeşt zəfəri – VİDEO

blank
Dünya futbolu2022-08-09 00:40

“Qarabağ”ın Budapeştə səfəri – VİDEO

blank
Premyer-liqa2022-08-08 20:09

“Turan Tovuz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:47

Ayxan Abbasov: “Qırmızı vərəqə planlarımızı pozdu” – VİDEO

blank
Premyer-liqa2022-08-08 19:36

Elmar Baxşıyev: “Stadionlarda fanat sayının çox olmasını istəyirik” – VİDEO

blank
Premyer-liqa2022-08-08 18:50

BÖLGƏ FUTBOLU: 9 illik həsrət bitdi

blank
Ölkə futbolu2022-08-08 17:26

“Neftçi” yeni transferini açıqladı – VİDEO

blank
Ölkə futbolu2022-08-07 22:33

“Sabah”dan “Sumqayıt”a 3 cavabsız qol – VİDEO

blank
Premyer-liqa2022-08-07 20:38

“Neftçi” yeni mövsümə qələbə ilə başladı – VİDEO

blank
Premyer-liqa2022-08-06 23:16

“Qarabağ” 3 xalı 3 qolla qazandı – VİDEO

blank
Premyer-liqa2022-08-05 22:28

“Zirə” “Kəpəz”i Premyer Liqada belə “qarşıladı” – VİDEO

blank
Ölkə futbolu2022-08-05 00:27

“Neftçi” – “Rapid” matçında 3 qol – VİDEO

blank
Ölkə futbolu2022-08-04 14:00

“Qarabağ”ın “Ferentsvaroş”la heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-08-03 21:37

Yeqor Boqomolski: “Onunla rəqabət aparmaqdan qorxmuram”

blank
Ölkə futbolu2022-08-03 15:15

“Etopaz”da yeni mövsüm – VİDEO

blank
Ölkə futbolu2022-08-03 14:30

BÖLGƏ FUTBOLU: Gəncədən xoş xəbər də var

blank
Digər idman növləri2022-08-02 20:11

Dünya üçüncüsü olan millimiz vətənə qayıtdı

blank
Digər idman növləri2022-07-31 18:03

“Finalda qələbə qazanacağıma əmin idim”

blank
Dünya futbolu2022-07-31 11:37

BÖLGƏ FUTBOLU: Avrokubok tariximizə düşən yevlaxlı balıqçı

blank
Ölkə futbolu2022-07-29 23:31

Murad Musayev Bansko toplanışını dəyərləndirdi – VİDEO

blank
Digər idman növləri2022-07-29 14:26

Dünya ikincisi olan milli vətənə qayıtdı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 14:05

“Qəbələ” “Fehervar”ı məğlub yola saldı – VİDEO

blank
Ölkə futbolu2022-07-29 10:14

“Zirə”nin “Makkabi” ilə heç-heçəsi – VİDEO

blank
Ölkə futbolu2022-07-29 10:00

Rəşad Sadıqov: “İlk oyundakı bəzi səhvlər həlledici oldu”

blank
Ölkə futbolu2022-07-29 00:46

“Neftçi”dən “Aris”ə 3 cavabsız qol – VİDEO

blank
Ölkə futbolu2022-07-28 09:30

“Qarabağ” “Sürix” səddini belə keçdi – VİDEO

blank
Ölkə futbolu2022-07-27 09:00

Bölgə futbolu: “Kəpəz” Gəncə hazırlığına azarkeş dəstəyi ilə başladı

Gündəm