Bizi izləyin

Ölkə futbolu

İki mövsümün müqayisəsi: “Qarabağ” geriləyərək uzaqlaşıb

blank
blank

Misli Premyer Liqasında qış fasiləsidir. Bəzi klublar Türkiyədə təlim-məşq toplanışı keçir, bəziləri isə mövsümün ikinci yarısına Azərbaycanda hazırlaşırlar.

Mövsümün fasiləyəqədərki hissəsində özünü yaxşı tərəfdən göstərən komandalar da oldu, gözləniləndən zəif çıxış edənlər də. Bu yazıda Premyer Liqa iştirakçılarının 18 tur ərzindəki çıxışını ötən mövsümün ilk yarısı ilə müqayisə edəcəyik…

9 xal az toplayan, fasiləyə daha böyük fərqlə yollanan “Qarabağ”

“Qarabağ” ötən mövsüm olduğu kimi, yenə qış fasiləsinə birinci pillədə yollandı. Ancaq Ağdam klubunun topladığı xal ötən mövsümün analoji dövrü ilə müqayisədə azdır. Qurban Qurbanovun yetirmələri 2022-ci ili 50 xalla bitirdikləri halda, 2023-cü ildə bu göstərici 9 xal az, yəni 41 oldu. “Köhlən atlılar” keçən mövsümün tən yarısını 16 qələbə, 2 heç-heçə və 0 məğlubiyyətlə tamamladıqları təqdirdə, bu dəfə 13 qələbə qazanıb, 2 heç-heçə edib, 3 dəfə isə məğlub olublar. “Qarabağ” ilk dövrədə “Zirə” və “Səbail”ə uduzubsa, ikinci dövrədə “Araz-Naxçıvan”la matçda eyni aqibəti yaşayıb.

Vurulan və buraxılan qolların sayında da “Qarabağ”da geriləmə var. Ötən mövsüm 18 oyuna 48 qol vuran, 8 top buraxan ağdamlılar bu mövsüm 45 qol vuraraq 14 dəfə mərkəzə dəvət ediliblər.

Maraqlıdır ki, əvəzində “Qarabağ” ötən mövsümlə müqayisədə bu dəfə ən yaxın izləyicisindən daha çox xal fərqi ilə fasiləyə yollanıb. Keçən mövsümün ilk yarısını ikinci pillənin sakini “Sabah”dan 7 xal öndə tamamlayan Qurban Qurbanovun komandası bu dəfə “Zirə”ni 12 xal qabaqlayır.

“Zirə”: 1 xallıq fərqlə 2-ci pillədə

Fasiləyə 29 xalla 2-ci yerdə ayrılan “Zirə” ötən mövsümün ilk yarısını 28 xalla 4-cü pillədə tamamlamışdı. Rəşad Sadıqovun komandası müqayisədə cəmi 1 xal çox toplayıb, bununla belə, turnir cədvəlindəki mövqeyini 2 pillə yaxşılaşdırıb. Ötən mövsümün ilk hissəsində də 8 qələbə qazanan “qartallar”da fərq ondadır ki, bu mövsüm 6 yox, 5 oyunda məğlubiyyətlə üzləşiblər. Aradakı 1 xallıq fərq də məhz bundan qaynaqlanır.

İndi isə gələk “Zirə”nin vurduğu və buraxdığı qolların müqayisəsinə. Hər ikisində azalma müşahidə olunur. Keçən mövsüm 20 qol vurub 24 top buraxan “Zirə” bu mövsüm cəmi 13 dəfə fərqlənib, 10 dəfə isə topu tordan çıxarmalı olub.

3-cü yerin dəyişməz sakini – “Neftçi”

“Neftçi”nin son 2 mövsümün ilk yarısındakı mövqeyi eynidir. Ötən sezonun ilk yarısını “Qarabağ” və “Sabah”dan sonra 3-cü pillədə bitirən “ağ-qaralar” bu dəfə “Qarabağ” və “Zirə”dən geridədirlər. Ancaq “Neftçi” keçən mövsümdən az xal toplayıb. Ötən il 12 qələbə və 2 heç-heçənin hesabına 38 xal yığan bakılılar bu dəfə 8 qələbə və 4 heç-heçə sayəsində aktivlərinə 28 xal yazdırıblar.

“Neftçi”nin hücum xətti də keçən mövsümlə müqayisədə zəifləyib. 2022/2023 sezonunun ilk 2 dövrəsində 35 qol vuran “ağ-qaralar” bu dəfə cəmi 21 dəfə rəqib qapısına yol tapıblar. Yeganə üstünlük buraxılan qolların sayındadır. “Neftçi” bu mövsüm keçən sezondan 2 qol az – 17 top buraxıb.

“Sumqayıt”: bütün göstəricilər lehinədir

4-cü yerin sahibi “Sumqayıt” ötən mövsümlə müqayisədə irəliləyişdədir. Keçən sezon qış fasiləsinə 12 xalla 8-ci pillədə yollanan “gənclik şəhəri” təmsilçisi bu dəfə mövsümün ilk yarısını 15 xal çox, yəni 27 xalla başa çatdırıb. Ötən sezon qış fasiləsinə qədər cəmi 2 qələbəsi olan “Sumqayıt”ın aktivində bu dəfə 7 qalibiyyət var.

Vurulan və buraxılan qolların nisbətinə görə də “Sumqayıt” ötən mövsümün ilk yarısındakından yaxşı çıxış edir. “Kimyaçılar” keçən sezonun 18 turunda 10 qol vurub 30 top buraxdıqları halda, bu mövsüm 9 qol çox vurub (19) və 7 top az buraxıb (23).

Keçən il sonuncu, bu il 5-ci “Səbail”

Ötən mövsüm güc-bəla ilə Premyer Liqada qalan “Səbail” bu sezon özünü yaxşı tərəfdən göstərən komandalardandır. Keçən mövsümün ilk yarısını sonuncu pillədə bitirən “dənizçilər” bu dəfə qış fasiləsinə 5-ci yerin sahibi kimi yollandılar. “Səbail” ötən sezon qış fasiləsinə 10 xalla ayrıldığı halda, bu dəfə toplanan xalların sayı 26-dır.

Bu mövsümün ilk 18 turunda daha çox qələbə görən (7-2) paytaxt təmsilçisi vurduğu və buraxdığı qolların sayına görə də müsbət statistikaya sahibdir. Keçən mövsümün ilk yarısında cəmi 13 qol vuran “Səbail” bu dəfə 26 dəfə rəqib qapılarına yol tapıb. Buraxılan qolların sayına görə isə cüzi irəliləyiş var – 27-30.

“Araz-Naxçıvan” – “Şamaxı” müqayisəsi

“Araz-Naxçıvan” ötən mövsüm Premyer Liqada olmadığı üçün bu komandanı keçən sezon elitanı tərk edən “Şamaxı” ilə müqayisə edəcəyik. “Şamaxı” ötən mövsümün ilk yarısını 13 xalla 7-ci pillədə bitirdiyi halda, Naxçıvan klubu 18 turda 26 xal toplamağı və 6-cı olmağı bacarıb. “Şamaxı”nın həmin müddətdə cəmi 2 qələbəsi olduğu təqdirdə, Azər Bağırovun yetirmələri 7 dəfə qalibiyyət əldə ediblər.

Vurulan və buraxılan qolların nisbətində də “Araz-Naxçıvan” “Şamaxı”nı üstələyir. Belə ki, naxçıvanlılar 18 turda 20 qol vurub, 19 top buraxdıqları halda, “Şamaxı”da bu göstərici belə olub: 14-28.

“Turan Tovuz”un lehinə və əleyhinə olan göstəricilər

“Turan Tovuz” bəzi göstəricilərdə keçən sezondakından geri qalır, bəzilərində isə əksinə. Əvvəl ondan başlayaq ki, cari mövsümün ilk yarısını 7-ci pillədə bitirən tovuzlular keçən sezonda qış fasiləsinə 6-cı yerdə yollanmışdılar. Qərarlaşdığı mövqeyə görə geriləyən Ayxan Abbasovun yetirmələri, qəribədir ki, toplanan xalların sayına görə artırıb. Belə ki, hazırda aktivində 22 xal olan “Turan Tovuz” keçən sezonun yarısında topladığından 5 xal artıq yığıb. Üstəlik, ötən mövsüm komanda qışa qədər cəmi 4 dəfə qələbəyə sevindiyi halda, bu mövsüm 6 dəfə meydanı 3 xalla tərk edib.

Vurulan qolların sayına görə inkişaf edən “Turan Tovuz” əvəzində buraxdığı qolların sayına görə geriləyib. Ötən sezon cəmi 11 qol vuran tovuzlular bu mövsüm 29 dəfə qol sevinci yaşayıblar. Ancaq “Turan Tovuz” keçən sezonun ilk yarısından 6 top çox buraxıb (28-22).

Bütün statistikalarda geriləyən “Sabah”

Ötən mövsüm yaxşı mənada hamını mat qoyan “Sabah” bu dəfə zəif çıxışı ilə hər kəsi təəccübləndirir. Keçən sezon qış fasiləsinə 43 xalla ikinci pillədə yollanan Murad Musayevin yetirmələri cari mövsümün ilk yarısını 22 xalla 8-ci yerdə başa vurublar, yəni 21 xal az toplayaraq və 6 pillə geridə…

“Sabah”ın ötən mövsümün ilk yarısı ilə müqayisədə hücum xətti də zəifləyib, müdafiəsi də. Elə olmasaydı, keçən sezon qış fasiləsinə qədər 40 qol vuran “Sabah” bu dəfə 25 qol vurmazdı. Elə olmasaydı, keçən mövsümün ilk yarısında cəmi 13 top buraxan “Sabah” bu mövsüm 22 dəfə mərkəzə dəvət olunmazdı. Bütün göstəricilər “Sabah”ın əleyhinədir.

9-cu yerə sadiq “Kəpəz”

“Neftçi” kimi daha bir tarixi klubumuz “Kəpəz”in də mövqeyində dəyişiklik yoxdur. Keçən sezon da qış fasiləsinə 9-cu pillədə yollanan Gəncə təmsilçisi yenə sondan ikincidir. “Kəpəz” toplanan xallara və qələbə sayına görə azacıq öyünə bilər. Çünki ötən mövsüm 18 tura cəmi 2 qələbə qazanıb 12 xal toplayan “Kəpəz” bu mövsüm 3 qələbə əldə edib və 14 xal yığıb.

“Kəpəz” ötən mövsümdəkindən həm az qol vurub, həm də az top buraxıb. Keçən mövsüm bu nisbət 16-35 idisə, bu sezon komandanın aktivində 11, passivində isə 29 qol var.

“Qəbələ”nin üzünə gülməyən rəqəmlər

Bu il fiasko yaşayan komandalardan biri olan “Qəbələ”nin də göstəriciləri üzünə gülmür. Keçən sezonun ilk yarısını 25 xalla 5-ci pillədə bitirən “qırmızı-qaralar” bu dəfə 14 xalla sonuncudurlar. Qələbə sayı 7-dən 4-ə düşüb. Ötən mövsümün ilk hissəsində 20 qol vuran və 18 top buraxan Elmar Baxşıyevin yetirmələri bu dəfə 12 qola sevinib, 32 qola üzülüblər.

Bombardirlər cədvəlində legionerlərin hegemonluğu

Digər diqqət çəkən məqam bombardirlər siyahısı ilə bağlıdır. Ötən mövsümün ilk yarısından sonra bombardirlər cədvəlində azərbaycanlı futbolçular (Ramil Şeydayev – 14 qol, Musa Qurbanlı – 12, Emin Mahmudov – 10) qərarlaşdıqları halda, bu sezon meydan legionerlərə qalıb (Olavio Juninyo – 13 qol, Aleksandr Ramalinqom – 7, Yassin Benzia – 6, Hamidu Keyta – 6, Leandro Andrade – 6, Otto Con – 6).

ABBAS

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Premyer-liqa2024-04-19 19:49

Tovuzda darmadağın – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:21

Ayxan Abbasov: “Günahkar axtarmıram” – VİDEO

blank
Premyer-liqa2024-04-19 19:09

Samir Abasov: “Bizi bu yerlərdə görmək çoxları üçün xoş deyil” – VİDEO

blank
Dünya futbolu2024-04-19 18:59

ÇL-də həftənin ən yaxşı oyunçusu

blank
Premyer-liqa2024-04-19 18:26

“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu

blank
Digər idman növləri2024-04-19 17:44

Yeddiqat dünya çempionu səfir təyin edildi

blank
Dünya futbolu2024-04-19 17:27

“Beşiktaş” Qurban Qurbanovla bağlı qərar verməyib

blank
Dünya futbolu2024-04-19 17:09

ÇL: Həftənin ən yaxşı qolunun müəllifi açıqlandı

blank
Digər idman növləri2024-04-19 16:51

MBA-da mövsümün statistik göstəriciləri: kim nədə lider oldu?

blank
Digər idman növləri2024-04-19 16:20

Azərbaycan atıcıları Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər

blank
Ölkə futbolu2024-04-19 16:01

“Lerik” Əsasnaməni pozduğu üçün cərimə olundu

blank
I Liqa2024-04-19 15:47

“İrəvan” xərəkdaşıyanlara görə cəzalandı

blank
Dünya futbolu2024-04-19 15:31

Almanlar bunu 29 ildən sonra bacardılar

blank
Dünya futbolu2024-04-19 15:15

Olmo seçim qarşısında

blank
Dünya futbolu2024-04-19 15:00

“Barselona” “Nou Kamp”a nə vaxt qayıdacaq?

blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm