Digər
İlham Əliyev: Hadrut qəsəbəsi və bir neçə kənd işğaldan azad edilib
Azərbaycan ordusu bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində deyib.
O bildirib ki, bu sıraya Hadrut qəsəbəsi və bir neçə kənd daxildir
Belə ki, Hardrut qəsəbəsi, Çaylı kəndi, Yuxarı Güzlək kəndi, Gorəzilli kəndi, Qışlaq kəndi, Qaraçaylı kəndi, Əfəndilər kəndi, Sur kəndi, Süleymanlı kəndi Ermənistanın hərbçilərinin işğalından azad olunub.
Prezident məhv edilmiş və düşməndən götürülmüş texnikaların siyahısını da açıqlayıb:
“Ermənistanın itkiləri barədə məlumat verirəm: 16 komanda məntəqəsi, 196 tank, 38 BM-21, 1 “Uraqan”, 10 özüyeriyən artilleriya qurğusu – onlardan 8-i “Akasiya”, 2-si “Qvozdika”, 36 piyadaların döyüş maşını, 24 artilleriya batareyası 2 REM və ya hava hücumuna qarşı müdafiə vasitəsi, 2 S-300 qurğusu, 25 “Osa”, 2 “Kub” zenit raket kompleksi, 4 “Repelent” radio-texniki manea vasitəsi, 136 top, 56 minaatan, 1 TOS 1a odsaçan sursatı, 2 radiolokasiya stansiyası, 1 “Kalçuqa” anteni məhv edilib. Qənimət kimi götürülmüş hərbi texnika isə aşağıdakı kimidir: 18 tank, 4 top, 22 piyadaların döyüş maşını, 12 minaatan, 4 UAZ maşını, 1 ekskavator, 27 “İqla” kompleksi, 1 ZİL maşını, 9 QAZ maşını”.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı