Digər idman növləri
İlin 2-ci ən yaxşı nəticəsi
Cüdo millimiz 2023-cü il Avropa Gənclər Olimpiya Festivalının (EYOF) fərdi yarışlarında 3 qızıl, 2 gümüş və 4 bürünc medal qazanaraq Avropada liderlik mövqeyini bir daha təsdiqləyib. Komandanın əldə etdiyi medal sayı onların bu il ikinci ən yaxşı nəticəsidir. Belə ki, idmançılarımız ötən ay Portuqaliyada keçirilən Avropa çempionatında medal sıralamasın da birinci yerdə qərarlaşıb.
Azərbaycanın cüdo üzrə qızlardan ibarət yığma komandası xüsusilə fərqlənərək, 2 qızıl medal qazanaraq medal sıralamasında birinci yeri tutub. Komandanı dörd idmançı təmsil etdi, onlardan 2-si medal qazandı, biri isə 7-ci yeri tutdu.
Oğlanlardan ibarət Azərbaycan yığması 1 qızıl, 2 gümüş və 4 bürünc medalla medal sıralamasında 4-cü yerdə qərarlaşıb. Oğlanların yarışlarında iştirak edən səkkiz idmançıdan 7-i medal qazanmağı bacarıb.
Azərbaycan cüdo komandasının EYOF-2023-dəki çıxışı da əvvəlki ildəki nailiyyətlərini üstələyib. 2022-ci ildə onlar 1 qızıl, 4 gümüş və 2 bürünc olmaqla ümumilikdə 7 medal qazanıblar. İdmançıların builki çıxışları medal sayını 9-a yüksəldə bildi.
Builki nəticə medal əyarına görə indiyə qədər gənclər festivalı yarışlarında əldə edilən 2-ci ən yaxşı nəticədir. Belə ki, 2007-ci ildə keçirilən turnirdə cüdoçular 4 qızıl medal əldə ediblər.
İdmançıların fərdi yarışlarda diqqətəlayiq uğuruna baxmayaraq, onlar qarışıq komanda yarışlarında çətinliklər ilə üzləşdi. Bəzi əsas idmançıların çəki dərəcələrini dəyişdikləri üçün komanda yarışlarında çıxış edə bilməməsi, həmçinin qızlarda iki çəki dərəcəsində özlərinin normal çəkilərindən daha yuxarı kateqoriyalarda çıxış etməyə məcbur olmaları nəticənin bir qədər zəif olmasına səbəb oldu.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar