Digər idman növləri
İlk turun təqvimi bəllidir
Kişilər və qadınlar arasında İddiaçılar Turnirinin 1-ci turunun püşkü atılıb. Püşkatma mərasimi Torontodakı “Madison Avenue Chess Club”da baş tutub.
Turnirdə iştirak etmək hüququ qazanan həmyerlimiz Nicat Abbasovun ilk turda rəqibi rusiyalı Yan Nepomnyaşi olacaq. Bu barədə digər xəbərdə məlumat vermişik.
Ümumiyyətlə isə kişilərin turnirində 1-ci turunun oyunları belədir:
Fabiano Karuana (ABŞ) – Hikaru Nakamura (ABŞ)
Nicat Abasov (Azərbaycan) – Yan Nepomnyaşi (Rusiya)
Alireza Firuzja (Fransa) – Rameşbabu Praqnanandha (Hindistan)
Qukeş Dommaraju (Hindistan) – Vidit Santoş Qucrati (Hindistan)
Qadınların turnirinin 1-ci turunda baş tutacaq qarşılaşmalar:
Aleksandra Qoryaçkina (Rusiya) – Yekaterina Laqno (Rusiya)
Anna Muzıçuk (Ukrayna) – Nurgül Səlimova (Bolqarıstan)
Lei Tinqjie (Çin) – Tan Çjonji (Çin)
Vaişali Rameşbabu (Hindistan) – Hampi Koneru (Hindistan)
Xatırladaq ki, “İddiaçılar turniri” aprelin 3-dən 22-dək Kanadanın Toronto şəhərində keçiriləcək.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı