Premyer-liqa
“İlk yarıda rəqib, ikinci hissədə biz yaxşı oynadıq” – Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 2-ci turundan təxirə salınmış “Sumqayıt”la oyunu şərh edib.
Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis bunları söyləyib:
“İlk hissədə rəqib bizdən daha yaxşı oynadı. Layiq olduqları qolu vurdular. İkinci hissəyə görə futbolçulara heç bir iradım yoxdur. 46-cı dəqiqədən sonra oynamağa başladıq. Məğlubiyyətdə özümüz günahkarıq.
Əlimizə düşən qol imkanlarından yararlana bilmədik. Rəqib rahat oynayırdı. Biz hesabı bərabərləşdirsəydik, onlar daha çox boşluqlar verəcəkdi. Keçən oyunda hesab 1:1 olandan sonra rəqib hücuma gedirdi. Onda boş zonalar tapa bilirdik.
Komandamda heç kimi müsbət dəyərləndirə bilmərəm. Çünki, məğlub olmuşuq. İmkanlarımızdan aşağı çıxış etdik”.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı