Digər idman növləri
İmişlidə açıq şəhər birinciliyi
İmişlidə kikboksinq üzrə açıq şəhər birinciliyi keçirilib.Turnirdə 17 şəhər və rayondan olan 200-ə yaxın kikboksinqçi qalib adı uğrunda mübarizə aparıb.
Futbolinfo.az xəbər verir ki, uşaq, yeniyetmə və gənclər arasında təşkil edilən yarışdan öncə dövlət himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqələik sükutla yad edilib.Şəhid valideynlərinə “Fəxri diplom” təqdim edilib. Daha sonra yarışlara start verilib.
Müxtəlif çəki dərəcəsində olan idmançılar beynəlxalq qaydalarə əsasən lou-kik stili üzrə yarışıblar. Birincilik “İmişli” kikboksinq klubu tərəfindən təyin olunmuş hakimlər kollegiyası tərəfindən idarə olunub.
Yarışların sonunda ümumi komanda hesabında Bakı komandası birinci yerə sahib çıxıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq, Gəncə və İmişli komandaları qərar tutublar. Yarışda yüksək yer tutan idmançılar medal, diplom və qiymətli hədiyyələrlə mükafatlandırlıb.
BƏHRUZ MUSAYEV, İMİŞLİ
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı
- Ölkə futbolu2024-04-25 09:04
11 illik “Qarabağ” tilsimi davam etdi