Ölkə futbolu
İmtina qərarında Rəşad Sadıqovun rolu
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun U-23 millisinin faydasız olmasıyla bağlı qənaətinə Rəşad Sadıqov da təsir edib. Millimizin sabiq lideri, hazırda “Qarabağ”ın kapitanı olan futbolçunun bununla bağlı çıxışı qərarda önəmli rol oynayıb.
Vitse-prezident, həmçinin Məşqçilər Komitəsinin sədri olan Vaqif Sadıqovun təklifinin rədd edilməsi sıradan olay deyil. Bu, qurum daxilində fikir ayrılığının olmasının göstəricisidi. Təklifə qarşı ilk çıxam Rəşad yəqin ki, Məmmədovla görüşündə də sözünün üstündə durub. Onun məntiqli izahları baş ktibin beyninə batıb və belə qərara gəlib. Elxan bəy bu məsələdə hiylə də işlədir. Guya ki, futbol ictimaiyyətinin rəyini nəzərə alır, özünü Rəşadın məntiqli məsləhətinə qulaq asmış kimi görsədir.
Yeri gəlmişkən, Məmmədovla Sadıqovun görüşü ötən günlərdə baş tutub. “Mehriban düşmənlər”in nədən danışdığı bəlli olmasa da, görüşün detalları gizli saxlanılsa da, onların bir araya gəldiyi dəqiqdi.