Ölkə futbolu
“İnanıram ki, bu qolun davamı gələcək” – Boyan Letiç
“Sabah”ın futbolçusu Boyan Letiç Azərbaycan Premyer Liqasında vurduğu ilk qoldan danışıb. Futbolinfo.az-a açıqlama verən müdafiəçi ölkə çempionatının 26-cı turunda “Səbail”ə 2:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənməsindən söz açıb:
“Çox maraqlı və yaxşı oyun keçdi və bizim üçün vacib olan qələbəni qazandıq. Rəqibə qapımız qarşısında demək olar, təhlükəli qol vəziyyəti yaratmağa imkan vermədik. Fasilədən sonra fərqlənmək üçün çoxlu qol fürsətlərimiz olsa da, istifadə edə bilmədik. “Sabah”ın heyətində ilk qolumu vurduğuma görə çox sevinirəm. İnanıram ki, davamı gələcək. Ancaq hər şeydən əvvəl, komandamın qalib gəlməsinə görə şadam. Hər şeydən vacib olan bu idi”.