Ölkə futbolu
“İnanıram ki, “Qarabağ”la matçda meydana çıxa biləcəyəm” – Şik
“Bayer”in hücumçusu Patrik Şik uzunmüddətli zədədən sonra “Qarabağ”la oyunda yaşıl meydanlara dönüşünü qeyd etmək arzusundadır.
Futbolinfo.az saytı xəbər verir ki, çexiyalı forvard ölkəsinin mətbuatına açıqlamasında Avropa Liqasının qrup mərhələsinin III tur matçında iştirak etməyə hazır olduğunu bildirib:
“Artıq tamam sağalmışam. Bu məni çox rahatladır. Məşqlərdə tam gücümlə hazırlaşıram. Oyunlarda iştirak etməyə hazıram. Sonuncu dəfə meydanda olduğum dönəmdən bəri çox vaxt keçib. “Volfsburq”la görüşdə dönüşüm baş tutmadı. İnanıram ki, “Qarabağ”la matçda meydana çıxa biləcəyəm. Baş məşqçi ilə bu görüşdə mütləq meydana çıxacağıma dair razılığımız yoxdur. Qarşıda da oyunlarımız çoxdur, əvvəlki formamı tez yığa bilərəm. Ancaq əsas heyətə düşmək üçün tədricən yükü artırmalıyam”.
Qeyd edək ki, sabah Leverkuzendə keçiriləcək “Bayer” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı