Dünya futbolu
İngiltərə klubları A Seiyasında iki hücumçu “tapıb”
İngiltərə klubları bütün ulduzları düşərgəsinə daşımaqda davam edir. A Seriyasında oynayan daha iki hücumçu tezliklə Premyer Liqada peyda ola bilər.
Futbolinfo.az xəbər verir ki, güclənmək yolunda böyük işlər görən “Aston Villa” gözünü “Udineze”yə dikib. Qış transferlərinə ciddi önəm verən birmingemlilərin baş məşqçisi Unay Emeri Jerar Delofeunu sərəncamında görmək istəyir. Udinelilərlə ilyarımlıq müqaviləsi qalan 28 yaşlı hücumçu da keçidin əleyhinə deyil. Klublar razılaşsa, fransız əvvəllər çıxış etdiyi Premyer Liqaya qayıdacaq.
“Everton” isə Duvan Sapataya elçi düşüb. 31 yaşlı kolumbiyalı 2020-ci ildə gəldiyi “Atalanta”nın qərarını gözləyir. Klub ilyarım müqaviləsi qalan forvardı satmaq istəsə, Duvan İtaliyaya yollanacaq.