Dünya futbolu
İngiltərə klubunun oyunçusu malyariyaya yoluxdu
“Bornmut”un və Kot-d’İvuar millisinin yarımmüdafiəçisi Həmed Traore malyariyaya yoluxub. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Xəbəri “Bornmut”un baş məşqçisi Andoni İraola da təsdiqləyib: “Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.
Qeyd edək ki, 23 yaşlı oyunçu bu yay “Sassuolo”dan 26 milyon avroya “Bornmut”a keçib. 2023/24 mövsümündə Traore 6 oyuna çıxıb və 1 qol vurub.