Dünya futbolu
İngiltərə Super Kubokunun qalibi bəlli oldu
Futbol üzrə İngiltərə Super Kubokunun qalibi bəlli olub.
Futbolinfo.az xəbər verir ki, həlledici qarşılaşmada “Mançester Siti”yə qalib gələn “Arsenal” titula sahib çıxıb.
Görüşün əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. İlk qolu 77-ci dəqiqədə “şəhərlilər”dən Koul Palmer vurub. “Topçular” 90+11-ci dəqiqədə Leandro Trossardın qolu ilə tarazlığı bərpa ediblər.
Qalibi müəyyənləşdirmək üçün ilk dəfə birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (4:1) London klubu yeni mövsümə titulla başlayıb.
Xatırladaq ki, “Mançester Siti” ötən mövsüm həm Premyer Liqanın, həm İngiltərə Kubokunun, həm də Çempionlar Liqasının qalibi olub.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Ölkə futbolu2024-05-03 14:00
“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar