Dünya futbolu
İngiltərənin daha bir klubu Dadaşovu istəyir
İngiltərənin “Birmingem Siti” klubu “Vulverhempton”da çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov üçün rəsmi təklif göndərib.
Futbolinfo.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Çempionşip təmsilçisi 21 yaşlı hücumçunu icarə əsasında heyətinə qatmaq istəyib.
Hətta tərəflər arasında görüş də baş tutub, lakin klublar ortaq məxrəcə gələ bilməyiblər.
Qeyd edək ki, digər Çempionşip təmsilçisi “Koventri Siti” də Renat Dadaşovla maraqlanır. Hücumçu 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ ki, əsas komandada debüt etməyib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı