Bizi izləyin

Ölkə futbolu

İp üstündə Avropa yolçuluğu

blank
blank

O bir zərbəni “Qarabağ”ın yox, “Gent”in futbolçusu da qapıçının üzərinə vura, növbəti mərhələyə Azərbaycan təmsilçisi keçə bilərdi. Belə olsa, yeni tarix yazılacaq, reallıq unudulacaqdı. Reallıq isə odur ki, çempionumuz avrokubok mövsümün yaz hissəsinə hazır deyildi.

Səbəbləri soyuq başla analiz etmək lazımdır. Necə ki, “Qarabağ” rəhbərliyinin bunun üçün kifayət qədər vaxtı var idi. Amma doğru addımlar atılmadı. Bəli, transferlər edildi, say artırıldı… Təəssüf ki, yalnız say artırıldı. Keyfiyyət baxımından eyni sözləri deyə bilməyəcəyik. Lazım olan mövqelərə nöqtə transferlər edilməyincə məyusluq qaçılmazdır. Daim qol gözlənilən hücumçun, gedənin yerini dolduran futbolçun yoxdursa, aqibətlə barışmalısan.

“Qarabağ” illərdir mövsümləri avrokuboklardan qazandığı pullarla yola verir. Klubun sponsorları müəyyən maliyyə ayırır, amma qruplara düşmək mümkün olmasaydı, çətin ki, komanda əzəmətini saxlayardı. Bu il isə sanki “Azərsun” rəhbərliyi tam qənaət rejiminə keçdi, futbolçu satışından 7 milyon avro əldə edildi, əvəzində yalnız yarım milyonluq Redon Cica alındı. Adama Diakabi və Yassin Benzianın adı gurultulu səslənə bilər, onların azad agent kimi gəldiyini unutmamalıyıq.

6,5 milyon avronun üstünə qrupa vəsiqəyə görə qazanılan pulu da gəlsək, “Qarabağ” rəhbərliyi faktiki olaraq, gəlirə işlədi, onlara yaradılan geniş güzəştlərin qarşılığında komandanı böyütmək üçün iş görmədi. Halbuki aylardı futbol oynamayan fransalılardansa futbol oynayan, ciddi pul ödənilib gətirilən 1-2 oyunçu ilə daha böyük işlər görmək olardı. Konfrans Liqasında rəqiblər münasib idi, “Qarabağ”ın göstərdiyi futbolla daha çoxuna ümid etmək mümkün idi.

Tahir Gözəl finallardan dəm vurarkən yalnız Qurban Qurbanovun əlində sehrli çubuq tutmasına ümid etdi. Başqalarının çynində zəfər yürüşü isə alınmadı, rəhbərlik əlini daşın altına qoymadığından, indi “Gent”ə məğlubiyyətin üzüntüsünü yaşayırıq.

Yeni transferlər bu gün bərbad təsir bağışlayır. Ola bilsin, zamanla onlar da Kadi Borges kimi, sıradan oyunçudan ulduza çevriləcək. Amma o zaman artıq başqa problemlər başlayacaq, yeni səhifə açmaq lazım gələcək. Doğrusu, braziliyalıdan fərqli olaraq, bu doymuş futbolçuların fövqəladə nələrsə edəcəyinə də inanmıram.

“Qarabağ” ip üstündə gəzən kəndirbaza bənzəyirdi. Komandanın ruhuna uyğun olmayan və hələ necə olacaqları bilinməyən 3 transfer, topa hər çıxışı ürək ağrıdan qapıçı, güvən verməyən hücum xətti – bu reallıqla penaltilər seriyasına kimi getmək özü möcüzə idi.

Təbii ki, “Qarabağ”ın indiyə qədər etdiklərini unudub yalnız tənqidə köklənmək ədalətsilzik olar. Mirça Rednik, Kaxaber Tsxadadze, Con Toşak, Roberto Bordin, Vunfred Şefer və daha neçə əcnəbi məşqçinin yağ-bal içində üzdüyü vaxt qruplara həsrət qaldığını, bir mərhələ keçməyi qəhrəmanlıq kimi göstərmək istədiyi zamanları xatırlayanda Qurban Qurbanovu qınamaq doğru görünmür. Halbuki bu şəxs avrokubokun startındaca mübarizəni bitirən Laurentsiu Regekampfla müqayisədə daha çox tənqid olunur, digərlərinə isə hətta az qala tərif deyilir.

Amma uman yerdən küsərlər, Qurbanov illərdi hamını qələbələrə,ən əsası, yaxşı futbola öyrədib. Dünən isə “Qarabağ” ın sərgilədiyi futbol deyildi. Bəli, meydanda mübarizə var idi, lakin lazımi keyfiyyəti təmin etmək mümkün olmadı. Çünki heyət düzgün komplektləşməyib.

O da var ki, bu heyət yarı güclə Azərbaycan çempionu olacaq, bir ildən çoxdur məğlubiyyət görmür, mövsümü məğlubiyyətsiz davam etdirir. Rəqabətsizliyin gətirdiyi arxayınlıq Avropada fərqi üzə çıxaranda isə vəziyyəti dəyişmək olmur. Bu baxımdan Belçikadakı yenilginin səbəbkarları həm də digər klublarımızdır. Həmin klublar ki, avrokuboka vəsiqə üçün çalışır, yay gələn kimi isə düşəcək ilk rəqiblərin gücünü şişirtmək üçün bəhanə axtaracaqlar.

Ölkə futbolunun inkişafını istəyiriksə, məsələyə kompleks yanaşmalıyıq. Milli komandanın, çempionatın, digər klubların səviyyəsi artmayınca arzularımız reallığa çevrilməyəcək. “Qarabağ” çoxillik sabitliyin və məşqçi bacarığının hesabına birtəhər qruplara yüksələcək, amma daha çoxunu bacarmaq mümkün olmayacaq.

CAVAD

Reklam

Reklam


blank
Dünya futbolu2024-04-30 13:17

Millimizin üzvündən qol ötürməsi

blank
Digər idman növləri2024-04-30 13:02

Türkiyəli baş məşqçiyə 35 min avroluq cərimə

blank
Ölkə futbolu2024-04-30 12:47

Qəbələdə son nöqtə, “Zirə” üçün “soyuq duş”

blank
Digər idman növləri2024-04-30 12:32

Basketbol Liqasında pley-off oyunları start götürür

blank
Digər idman növləri2024-04-30 12:18

Azərbaycanın şahmatçıları AÇ-də xüsusi mükafata layiq görülüb

blank
Digər idman növləri2024-04-30 12:01

Mingəçevir “Prezident Kuboku”na hazırdır

blank
Dünya futbolu2024-04-30 11:47

Ronaldo “Kruzeyro”nu satdı

blank
Dünya futbolu2024-04-30 11:32

“Real” Kurtuanı türk qapıçı ilə əvəz etmək istəyir

blank
Ölkə futbolu2024-04-30 11:25

“Qarabağ” – “Neftçi” oyununun stadionu dəyişib

blank
Digər idman növləri2024-04-30 11:15

MBA: Daha iki konfrans yarımfinalçısı məlum oldu

blank
Müsahibə2024-04-30 10:58

Xəyalın reallaşan xəyalı: “Bu, məsuliyyətdən qaynaqlanan həyəcan idi”

blank
Digər idman növləri2024-04-30 10:43

Olimpiya Təsnifat Turnirində iştirak edəcək Azərbaycan güləşçiləri bilindi

blank
Ölkə futbolu2024-04-30 10:29

“Qarabağ” üçün daha bir potensial rəqib

blank
Dünya futbolu2024-04-30 10:15

İngilis futbolçu bunu ilk dəfə bacardı

blank
Digər2024-04-30 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-30 09:50

“Turu keçmək üçün hazır durumdayıq”

blank
Dünya futbolu2024-04-30 09:41

Çempionlar Liqasında yarımfinal mərhələsi başlayır

blank
Premyer-liqa2024-04-30 09:30

“Yalnız birlikdə olaraq uğurlar qazana bilərik” – Ozobiç

blank
Ölkə futbolu2024-04-30 09:15

“Qarabağ” Avropada 2-ci yeri bölüşdürür

blank
Dünya futbolu2024-04-30 09:03

Ukrayna millisinin sabiq baş məşqçisi vəfat edib

blank
Dünya futbolu2024-04-30 08:51

Hüseynovlu “Arda” səfərdən 1 xalla qayıtdı

blank
Ölkə futbolu2024-04-30 08:34

Azərbaycan çempionatında antirekord təkrarlandı

blank
Ölkə futbolu2024-04-30 08:17

Premyer Liqada mövsümün rekordu – 50 nəfərlik fərqlə

blank
Ölkə futbolu2024-04-30 08:00

“Zirə”yə gözlənilməz zərbə

blank
Dünya futbolu2024-04-30 01:16

“Barselona”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-30 00:54

“Cenoa” 3 xalı 3 qolla qazandı

blank
Dünya futbolu2024-04-29 23:46

“Fatih Karagümrük”dən darmadağın

blank
Milli komanda2024-04-29 23:24

Millinin albanlarla oyununun məkanı və başlama saatı açıqlandı

blank
Premyer-liqa2024-04-29 22:39

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2024-04-29 22:15

“Rəqib müdafiəsini yara bilmədik” – Rəşad Sadıqov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm