I Liqa
“İrəvan” çempionatdan qovula bilər
“İrəvan” Azərbaycan çempionatından erkən qovula bilər. Buna səbəb komandanın 2-ci texniki məğlubiyyətə doğru getməsidir.
Futbolinfo.az xəbər verir ki, I Liqada mübarizə aparan komanda ötən tur “İmişli” ilə səfər matçına getməməklə ilk texniki məğlubiyyəti alıb. Qaydalara görə, iki belə nəticə yarışdan uzaqlaşdırılmağa kifayət edir. Və növbəti belə məğlubiyyət sabah reallaşa bilər.
Əldə etdiyimiz məlumata görə, “İrəvan” futbolçuları “Şamaxı” ilə “ASK Arena”da keçiriləcək matçı da boykot etmək qərarı verib. Onlar bütün oyunçuların iki aylıq maaşı verilməyəcəyi təqdirdə meydana çıxmaq istəmir. Klub rəhbərliyi isə indiyədək heç kimin problemini həll etməyim, bütün heyətə iki aylıq borc var.
Sabah saat 13:00-a kimi sözü bir yerə qoyan futbolçuların problemi həll edilməlidir. Əks halda, “İrəvan”ın növbəti texniki məğlubiyyəti, yekunda çempionatdan qovulması qaçılmaz olacaq.
- Ölkə futbolu2024-04-25 12:30
AFFA-dakı yoxlamaların nəticəsi: “Sumqayıt”ın prezidenti dəyişəcək
- Ölkə futbolu2024-04-25 08:00
Musa Qurbanlı: “Başımı dik tutmağa çalışıram”
- Ölkə futbolu2024-04-25 17:10
Klublar çətin vəziyyətdə: AFFA yardımları dondurub
- Ölkə futbolu2024-04-26 08:00
Juninyo – Avropanın ən yaxşı braziliyalısı