Milli komanda
İşçi Qrup kriteriyaları müəyyənləşdirir
AFFA İcraiyyə Komitəsinin İşçi Qrupu növbəti toplantısını keçirib. Milli komandanın yeni baş məşqçisinin müəyyənləşdirilməsi üçün yaradılan qurum dünən yenə onlayn şəklində müzakirələr aparıb.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, müzakirələr zamanı hansısa namizədlə bağlı fikir mübadiləsi olmayıb. Qrup üzvləri hələlik kriteriyalar müəyyənləşdirməyə çalışır. Yeni baş məşqçinin yerli və ya əcnəbi olması, yaş həddi, tələblər və s. müzakirə olunur.
İşçi Qrupun yeni ildəki ilk iclasında bir sıra qərarların verilməsi mümkündür. Amma çox güman, konkret təyinat AFFA prezidentliyinə seçkilərdən sonraya saxlanılacaq.