Dünya futbolu
İspaniyalı hücumçu DÇ-2022-ni buraxa bilər
“Vilyarreal”ın hücumçusu Jerar Moreno 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatını buraxa bilər.
Futbolinfo.az xəbər verir ki, futbolçu zədəsini sağaltmağa davam edir və İspaniya millisi ilə DÇ-2022-də çıxış etmək üçün artıq intensiv məşqlərə başlayıb.
30 yaşlı ispaniyalı forvard sentyabrın 11-də, “Betis”lə oyunda (1:0) zədələnib. O, reabilitasiya zamanı yaranan fəsadlara görə oktyabrın sonuna kimi sağalacaq.
İspaniya millisinin dünya çempionatı üçün heyətinin noyabrın əvvəlində açıqlanacağı bildirilir.
2022-ci ildə Qətərdə keçiriləcək DÇ noyabrın 20-də başlayacaq.
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”