Digər idman növləri
İspaniyalı pilot qərar verməkdə tələsmir
İspaniyalı Karlos Sayns gələcəyi ilə bağlı qərar verməkdə tələsmir. İspan pilot “Ferrari”nin sükanı arxasında sonuncu ilini keçirəcək. Lyuis Həmiltonun gəlişindən sonra o, növbəti il başqa komandaya keçmək məcburiyyətində qalıb.
Pilotun özü karyerasını harada davam etdirəcəyini bilmədiyini qeyd edib.
“Yaxşı hazırlaşmışam. “Ferrari”də 4-cü mövsümümdür. Qış fasiləsi zamanı hazırlıqlarımı yüksək səviyyədə keçirtdim. Növbəti il komanda tam fərqli olacaq. Mən də özümə komanda tapmalıyam. Lakin hələlik karyeramı harada davam etdirəcəyimi bilmirəm.
Qərar qəbul etməkdə tələsmirəm. Çünki, düzgün qərarı verməliyəm. Bunun üçün səbirli olmaq lazımdır. Söhbət qarşıdakı 3-4 ildən gedir. Bu müddət üçün ən yaxşı variantı seçməliyəm”, – deyə Karlos fikirlərini vurğulayıb.