Dünya futbolu
İsrafilov və komandası tənqid hədəfi oldu
Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi “Albasete” klubunun çıxışı tənqid olunub.
Futbolinfo.az xəbər verir ki, bu barədə İspaniyanın “sports.es” saytında məqalə dərc olunub.
Məqalədə komandanın nə oynadığının bilinmədiyi, hətta baş məşqçi dəyişikliyinin də fayda vermədiyi bildirilib. Azərbaycan milli komandasının üzvü İsrafilov da həmkarlarımızın tənqidinə tuş gəlib:
“Bu komanda nə oynayırsa, heç kimə bəlli deyil. Onlar bu çıxışla liqanı tərk edəcəklər. Çempionatda belə futbol oynayan ikinci bir komanda yoxdu. Qapıçı Terea Nadal hər oyun qol buraxır. Digər oyunçular da nə etdiyini bilmir. Məsələn, İsrafilov meydanda hansı işi görür? Görünən odur ki, yeni baş məşqçi də komandanı düzəldə bilməyəcək”.
“Albasete” Sequndada 19-cu pillədədi. Komanda son beş oyunda cəmi iki xal toplayıb.
- Ölkə futbolu2024-05-21 09:45
“Qarabağ” 3-cü təsnifat mərhələsində də səpələnmişlər sırasında yer alacaq
- Digər idman növləri2024-05-20 20:00
Hidayət Heydərov dünya çempionu oldu
- Ölkə futbolu2024-05-20 14:38
Şansı qaçırmayan “Neftçi”, “Zirə”nin qələbəsində Rəhimin “əli”
- Ölkə futbolu2024-05-21 16:00
“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov