Ölkə futbolu
“İstənilən qarşılaşma vacibdir”
“Biz çox yaxşı oyun göstərdik. Amma alınmadı”- bu sözləri futbolinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram deyib.
Moldovalı qapıçı Misli Premyer Liqasının 26-cı turunda “Turan Tovuz”a 0:2 hesablı məğlubiyyətdən danışıb: “İki epizodu çıxmaq şərtilə oyunda yaxşı oynamışdıq. Yəqin ki, həmin epizodlarda bəxtimiz gətirmədi. Deməzdim ki, komandamız uğursuz çıxış edir. Bizdə inam, qələbə istəyi var, hər zaman da olacaq. Oyunlara baxsanız, görərsiniz ki, çoxlu qol epizodu yaradırıq. Əminəm ki, birlikdə durumu daha yaxşı istiqamətdə dəyişəcəyik”.
Avram qarşıdakı turda “Qəbələ”yə qarşı keçirəcəkləri oyun barədə isə bunları deyib: “Bizi çox ağır oyun gözləyir. Heç bir matçı digərindən fərqləndirmirik, ayırmırıq. İstənilən qarşılaşma vacibdir. Komandamız meydana qələbə üçün çıxacaq”.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı