Dünya futbolu
İtaliya A Seriyası mayın 3-də bərpa olunmayacaq
Futbol üzrə İtaliya A Seriyasının oyunları koronavirus pandemiyasına görə təxirə salındığı mayın 3-də başlamayacaq.
Futbolinfo.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib.
Onun sözlərinə görə, liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcək: “A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm”.
Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. Turnir cədvəlinə 26 turdan sonra 63 xalla “Yuventus” başçılıq edir.
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Ölkə futbolu2024-04-19 08:52
Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir
- Digər idman növləri2024-04-18 17:00
Şahmat Federasiyası yeni loqonun hazırlanması ilə bağlı müsabiqə elan etdi
- Ölkə futbolu2024-04-18 09:45
Mirzov “Neftçi” ilə yeni müqavilə imzalamayacaq