Dünya futbolu
İtaliya klubu sabiq baş məşqçisinə həvalə olundu
İtaliyanın “Parma” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, Fabio Liveranini istefaya göndərən A Seriyası təmsilçisi baş məşqçi postuna Roberto Daversanı gətirib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. 45 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Qeyd edək ki, “Parma”nı 2016-cı ildən ötən ilin avqustuna qədər məhz Daversa çalışdırıb. Lakin 2020-ci ilin avqustunda onunla yolları ayıran klub rəhbərliyi komandanı Liveraniyə tapşırmışdı.
“Parma” A Seriyasında 16 turdan sonra 12 xalla 18-ci sırada qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…