Dünya futbolu
İtaliya mafiyası Qattuzonu təhdid edir
“Marsel”in baş məşqçisi Cennaro Qattuzonun ailəsi İtaliyada Kalabriya mafiyası tərəfindən təhdid edilir.
Futbolinfo.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, Qattuzonun atası sahib olduğu torpaq sahəsinə müəyyən avadanlıqlar quraşdırmağı planlaşdırıb və o, bu layihə üçün 80 min avro maliyyə əldə edib.
Xəbərdə qeyd olunub ki, mafiya Qattuzonun ailəsindən pul tələb edir. Onlar Qattuozunun qızının avtomobilini iki dəfə yandıraraq pul almaq üçün təzyiq ediblər.
Qattuzonun atası isə bir müddət əvvəl polisə müraciət edib və məsələ ilə bağlı araşdırma başlayıb. Hazırda iki nəfərin saxlanıldığı bildirilib.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-16 09:10
Lunyov “Qarabağ”dan ayrıla bilər
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var