Dünya futbolu
İtaliya millisinin üzvü Avro-2024-ü buraxacaq
“Sassuolo”nun və İtaliya millisinin cinah oyunçusu Domeniko Berardi Axilles vətərini cırıb. A seriyası təmsilçisinin mətbuat xidmətinin məlumatına görə, futbolçu əməliyyat olunacaq.
Bu səbəbdən Berardi 6 ay yaşıl meydanlardan kənarda qalacaq. Belədə o, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa Çempionatına yollana bilməyəcək.
Berardi 2018-ci ildən İtaliya millisində çıxış edir. O, milli komandanın heyətində 2020-ci il Avropa Çempionatının qalibi olub.
Bu mövsüm futbolçu “Sassuolo”nun heyətində bütün turnirlərdə 18 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı