Müsahibə
İvan Brkiç: “Neftçi” vacibdir, mən yox”
“Neftçi”nin qapıçısı İvan Brkiçin futbolinfo.az saytına müsahibəsi
– Çempionatın ilk yarısın necə dəyərləndirirsən?
– Biz çempionatın ilk yarısındakı nəticədən razı deyilik. “Neftçi” hər zaman yüksək yerlər üçün oynayır. Adımıza layiq olaraq daha yaxşısını göstərməliyik.
– Komanda niyə qeyri-sabit çıxış etdi?
– Çox çətin sualdır. Buna cavab verə bilmirəm.
– Çempionatın ikinci yarısında “Neftçi”dən daha çox şey gözlənilir. Buna hazırsız?
– İndi zədəsiz, yaxşı hazırlıq keçmək lazımdır. Bundan sonra mövsümün sonunda daha yaxşı nəticə göstərmək üçün çalışacağıq. Yaxşı əhval-ruhiyyə əldə etmək və bunu sona qədər davam etdirmək lazımdır. Oyundan-oyuna artırmaqla istədiyimizə nail ola bilərik. Ümid edirəm ki, sonda azarkeşlərimizi xoşbəxt edəcəyik.
– “Neftçi”yə gələndə çox tənqid edilirdin. Amma sonradan öz potensialını ortaya qoya bildin. Bununla razılaşırsan?
– Hər zaman ən yaxşısını etməyə çalışıram. Çempionatın ilk yarısında zədələrlə bağlı problemlərimiz oldu və çox dəyişdik. Hər qapıçı komandasının uğuru üçün oynamağa çalışır. Mən də bunu etməyə konsentrasiya oldum.
– Azərbaycan kubokunun ¼ finalında “Zirə” ilə matçda penaltini dəf etməklə komandanı yarımfinala daşıdın….
– Mən bir penalti dəf etdim, amma komanda 3 qol vurdu. Hər kəs maksimum gücünü ortaya qoydu. Mənim üçün həmin penaltini dəf etmək yaxşı an idi. Amma “Neftçi” vacibdir, mən yox…
– Deyə bilərik ki, artıq “Neftçi” üçün kubok daha önəmlidir?
– Bunu mövsümün sonunda görəcəyik. Biz hər oyunda uğur üçün çalışacağıq.
– “Sabah” sizin əsas rəqibinizdir. Onlarla mübarizədən qalib ayrıla biləcəksiz?
– Mövsümün ikinci yarısının ilk oyununda “Sabah”la üz-üzə gələcəyik. Bu matç bizim üçün çox vacibdir. Həmin oyunda bütün gücümüzlə 3 xal əldə etmək üçün çalışacağıq.
CAVAD
- Ölkə futbolu2024-04-22 08:34
Musa “Yurqorden” dəftərini bağladı?
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”