Ölkə futbolu
“Jelezniçar”ın futbolçusu: “Neftçi” daha üstündür, bizi analiz edə biliblər”
Konfrans Liqasında “Neftçi”nin rəqibi olan Bosniya və Herseqovinanın “Jelezniçar” klubunun müdafiəçisi İrfan Yasareviçin futbolinfo.az saytına danışıb. O, ilk təsnifat mərhələsində Minsk “Dinamo”sunu məğlub etmələrindən bəhs edib.
Futbolçu hər iki oyunun çətin keçdiyini bildirib: “Dinamo”ya qarşı iki ağır matç oynadıq. Nəticədən də görünür ki, biz onları asanlıqla məğlub edə bilmədik. Amma sevinirəm ki, iki matçda cütün gülən tərəfi biz olduq. Bakı sizə düşərli oldu. Amma ardıcıl ikinci dəfə Azərbaycana gələcəyik. Bakıda oynamaq heç də asan deyil və uğurlu adlandıra bilmərəm. Çünki Sarayevodan Bakıya uzun yol var. Amma Azərbaycanda bir matç keçirdiyimiz üçün şəhəri özümüzə dogma saya bilərik”.
Yasareviç “Neftçi” ilə oyunlarda da uğurlu nəticə arzulayır: “Neftçi” çox yaxşı komandadır. Onların heyətində yüksək keyfiyyətə malik futbolçular var. Bizim üçün bu kluba qarşı oynamaq heç də asan olmayacaq. Bizi iki çətin qarşılaşma gözləyir. Əlbəttə, “Dinamo” üzərində qələbə bizə motivasiya verir. Amma bizim əsas motivasiyamız azarkeşlərdən gəlir. Onların gücümüzə güc qatmasına inanaraq meydana çıxırıq”.
Müdafiəçi artıq iki rəsmi matça çıxmalarının onlara əlavə üstünlük verdiyini düşünmür: “Düzdür, biz iki rəsmi oyun oynamışıq. Amma bunu bizim üçün yox, “Neftçi” üçün üstünlük saya bilərik. Çünki biz onların necə oynayacağını bilmirik, amma rəqib bizi daha yaxşı analiz edib. Rəqibin baş məşqçisi Adrian Mutu həqiqətən əla oyunçu olub. Bir çoxumuz ona baxaraq böyümüşük. İndi isə o, bizi qarşı tərəfdə izləyir. Çox çətin olacaq”.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:23
“Kəpəz”dən “Sumqayıt”la əzmkar heç-heçə