Dünya futbolu
Jesus qovulmayacaq
Türkiyənin “Fənərbağça” klubu baş məşqçisi Jorji Jezuşla bağlı qərar verib. Portuqaliyalı mütəxəssis işinin başında olacaq.
“TRT Spor”un məlumatına görə, bu gün klubun bazasında İstanbul təmsilçisinin prezidenti Ali Koçla görüşən 69 yaşlı baş məşqçi istefaya göndərilməyəcək. O, Türkiyə Kubokunda “Kayserispor”a qarşı keçirəcəkləri oyunda komandanın sükanı arxasında olacaq.
Qeyd edək ki, “Fənərbağça” ötən tur evdə “Beşiktaş”a 2:4 hesabı ilə uduzub. Həmin məğlubiyyətdən sonra Jezuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.