Ölkə futbolu
Juninyo bu gün Bakıya gəlir: müqavilə müddəti və transfer qiyməti bəllidir
“Qarabağ” yay fasiləsində ikinci transferini bu gün reallaşdıracaq. Juninyonun Ağdam klubuna gəlişi ilə bağlı Portuqaliya mətbuatında yayılan xəbər həqiqətdir. İndiyədək yalnız Hamidu Keytanı transfer etmiş “atlılar” həqiqətən də braziliyalı yarımmüdafiəçini heyətinə qatacaq.
Futbolinfo.az xəbər verir ki, Juninyo bu gün Bakıya gəlir. O, tibbi müayinədən keçdikdən sonra 4 illik rəsmi müqavilə bağlayacaq. Braziliyalının transferi üçün Portuqaliyanın “Şaves” klubuna 600 min avro ödəniləcək.
26 yaşlı Juninyo son 3 mövsümü “Şaves”də oynayıb. O, daha çox Braziliya klublarında çıxış edib 2019/20 mövsümündə “Eştoril”də icarədə olub. Məhz bu komandadakı uğurlu çıxışı “Şaves”in diqqətini çəkib və onunla 4 illik müqavilə imzalanıb. İndi isə anlaşmasının bitməsinə bir il qalarkən oyunçu “Qarabağ”a satılır.
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Milli komanda2024-05-08 12:17
Millimizin gələcək baş məşqçisi Bakıya gəlir
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-07 14:20
Kunts – AFFA-nın, yoxsa Nəsirovun namizədi?