Ölkə futbolu
Juninyo “Qarabağ”dan gedişindən danışdı: “Futbolda hər şey ola bilər”
“Qarabağ” Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bayer”ə 2:3 hesabı ilə məğlub oldu. Bu yenilgidən sonra ağdamlıların avrokubok yürüşü sona çatdı.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın ikinci qolunun müəllifi olan Olavio Juninyo matçdan sonra oyunu dəyərləndirib: “Maraqlı oyun oldu. İkinci buraxdığımız qola görə çox üzüldüm. Amma “Bayer”in potensialı hamıya bəllidir. Qırmızı vərəqə aldığımız epizodda da bəxtsizlik oldu. Bu da oyuna təsir etdi. Oyun yüksək tempdə keçirdi. Bu tip oyunlarda sona qədər meydanda olmaq istəyirsən”.
Hücumçu “Qarabağ”dakı gələcəyi barədə də danışıb: “Hazırda “Qarabağ”da xoşbəxtəm. Burada oynadığım üçün qürur duyuram. Mövsümün sonunu gözləməliyik. Futbolda hər şey ola bilər. Keçdiyim komandaya tez uyğunlaşa bilirəm”.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı