Əvəzedicilər
“Kəpəz”in futbolçusuna 2 oyunluq cəza
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Futbolinfo.az xəbər verir ki, bu gün baş tutan iclasda Əvəzedicilər Liqasının 1-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Kəpəz-2” – “Neftçi-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 100 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda polis əməkdaşları vaxtından əvvəl stadionu tərk etdiyinə görə “Kəpəz-2” komandası 200 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.
“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 6 nömrəli futbolçusu Nemət Musayev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 2 oyun cəzalanıb, komanda 150 manat cərimə edilib.
“Sabah-2” – “Qəbələ-2” oyununda “Sabah-2” komandasının 4 futbolçusun sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq