Bizi izləyin

Ölkə futbolu

“Kəpəz” başladı: məşqçi də razıdır, yeni transfer də

blank
blank

Misli Premyer Liqasının bir sıra klubları kimi “Kəpəz” də təlim-məşq toplanışını ölkə daxilində keçməyə qərar verib. Komandanın ilk məşqi əsasən bərpaedici xarakter daşıyıb. Yüngül qaçışla başlayan məşq prosesi toplu və topsuz çalışmalardan ibarət olub.

Baş məşqçi Adil Şükürov hazırlığın gedişindən razıdır: “Komandamız bugündən məşqlərə başlayır və hər şey öz qaydasındadır. Futbolçuların hamısı düşərgəyə yaxşı dincələrək gəliblər. Gəncədə məşqərə başlamışıq və təlim-məşq toplanışını da burada keçəcəyik. Bunun üçün də bütün imkanlarımız, bütün şəraitimiz var. Klub rəhbərliyi də sağ olsun, əllərindən gələn bütün imkanlardan istifadə edirlər ki, komanda yaxşı vəziyyətdə çempionat oyunlarına hazırlaşsın. Ümumi atmosfer olaraq komandada hər şey qaydasındadır”.

İlk məşqdə komandanın heyətinə yeni cəlb olunan Amil Yunanov da iştirak edib. Çempionatın ilk iki dövrəsini “Səbail”in heyətində oynayan 30 yaşlı hücumçu mövsümü “Kəpəz”in sıralarında başa vuracaq. Onunla 5 aylıq icarə müqaviləsi bağlanıb.

Yunanov da keçidindən məmnundur: “Kəpəz” köklü klubdur, tarixi böyükdür. Bu kluba gəldiyim üçün xoşbəxtəm. Bilirəm ki, Gəncədə futbolu çox sevirlər. Mən də çalışacam ki, əlimdən gələn ən yaxşısını edim, komandaya faydam olsun, köməyim dəysin. Adil müəllim mənə təklif etdi ki, səni klubumuzda görmək istəyirəm. Mən də öz köhnə klubumla danışdım. Düşündüm ki, mənim üçün gözəl variantlardan biridir. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.

Hazırlıq prosesi çərçivəsində “Kəpəz” iki yoxlama oyununda qüvvəsini sınayacaq. Bunlardan biri yanvarın 10-da “Qəbələ” ilə səfər matçıdır. “Araz-Naxçıvan” ilə nəzərdə tutulan görüş isə klublar arasında matçın məkanı ilə bağlı razılıq əldə olunmadığından ləğv edilib. Əvəzində Gəncə klubu 1-ci divizionda çıxış edən “İmişli” ilə anlaşıb. Qarşılaşma yanvarın 15-də Gəncədə reallaşacaq.

“Kəpəz” Premyer Liqanın ilk yarısında 3 qələbə, 5 heç-heçə və 10 məğlubiyyətlə aktivindəki 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Reklam
Şərh et

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Reklam


blank
Premyer-liqa2024-04-20 19:35

“Daha dinamik oyun olmasını istərdim” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-04-20 19:09

“Zirə” “Neftçi”yə qarşı – YENİLƏNİR

blank
Premyer-liqa2024-04-20 19:00

“Bizi “Kəpəz”lə ilin oyunu gözləyir” – Sxadadze

blank
Digər idman növləri2024-04-20 18:43

Azərbaycan Kubokunun qalibi müəyyənləşdi

blank
Premyer-liqa2024-04-20 18:28

“Qarabağ”la “Qəbələ”dən məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-04-20 18:00

“Neftçi” bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-20 17:31

“Beşiktaş” millimizdə oynamış futbolçu ilə yollarını ayırdı

blank
Dünya futbolu2024-04-20 17:00

Niderland klubunun 18 xalı silindi

blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm