Ölkə futbolu
“Kəpəz” Şuaybunun analizlərinin nəticəsini dəyişib?
Hepatit B virusuna yoluxduğu üçün “Kəpəz”dən göndərilən Abdullahi Şuaybu hazırkı vəziyyətindən və Gəncə klubundan göndərilməsindən danışıb.
Futbolinfo.az-a açıqlama verən nigeriyalı forvard komandadan ayrılmasında “Kəpəz”lə keçmiş meneceri Dmitri Selyukun əlbir olduğunu bildirib: “Dmitri Selyukla əlaqəmi kəsmişdim. Onunla işləmirdim. Ona görə də çıxıb haqqımda belə danışdı. Heç bir problem yox idi. Sonradan isə vəziyyət dəyişdi. Mətbuatda yazılandan sonra fərqli situasiya yarandı. Dmitri Selyuk “Kəpəz”ə dedi ki, siz onu göndərin, mən sizə yeni forvard verəcəm. Gəncə klubunun rəhbərliyi də mənim analizlərimin nəticələrini dəyişdi və klubdan göndərdi. Hazırda heç bir problemim yoxdur. Özümü əla hiss edirəm”.
Qeyd edək ki, Abdullahi Şuaybunun meneceri onun Hepatit B xəstəsi olduğunu bildirmişdi və nəticədə nigeriyalı oyunçu klubdan göndərilmişdi.
- Ölkə futbolu2024-04-23 12:31
AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması
- Milli komanda2024-04-23 16:30
Milli komandaya məşqçi seçimi: “Ad açıqlaya bilmərik”
- Milli komanda2024-04-22 13:46
Fişer: “AFFA-dan təklif almamışam”
- Ölkə futbolu2024-04-23 08:00
“Səbail” “Sabah”a uduzsa…