Ölkə futbolu
“Kəpəz”də maaş gecikməsi: “Yerli icra hakimiyyətindən dəstək görməmişik”
“Kəpəz”in yarımmüdafiəçisi Əfran İsmayılov futbolinfo.az saytına müsahibə verib. O, komandanın uğursuzluğunun səbəblərindən danışıb.
Təcrübəli oyunçu maaşların gecikməsindən də gileylənib: “Bununla bağlı hələ ki, problem var, avqustun maaşını almamışıq. Deyilənə görə, sentyabrın 15-nə kimi həll olunmalıdır. Onu gözləyirik. Şamaxı və Tovuzdakı icra hakimiyyətləri yerli komandaya çox kömək edir. Dünən eşitdim ki, Gəncənin də icra başçısı stadiona gəlib, komanda ilə maraqlanıb. İndiyə qədər hansısa dəstək görməmişik. Bəlkə bundan sonra olar”.
İsmayılov yeni baş məşqçi Tərlan Əhmədovla münasibətlərinə də toxunub: “Uzun müddətdir futbol oynayıram, hər cür məşqçi görmüşəm. Hamısını da yaxşı tanıyıram. Heç bir problemim yoxdur, hər şey qaydasındadır. “Kəpəz”ə gəlmişəmsə, məşqçinin kimliyindən asılı olmayaraq, komandanın uğurları üçün çalışmalıyam. Burada pul qazanıramsa, onun haqqını verməliyəm. Tərlan Əhmədovla “Keşlə”də də bir yerdə işləmişik, münasibətlərimiz normaldır”.
(Müsahibənin tam mətni ilə az sonra tanış ola biləcəksiz).