Ölkə futbolu
“Kəpəz”də seneqallı yarımmüdafiəçi
“Kəpəz” bu gün heyətini yeni futbolçu ilə gücləndirəcək. Bir müddətdir komandanın düşərgəsində olan Later Fol rəsmi müqaviləyə imza atacaq.
Futbolinfo.az xəbər verir ki, gəncəlilər hazırda bir neçə əcnəbini sınaqdan keçirir. Lakin hələlik məhz bu oyunçu ilə razılıq əldə edilib.
29 yaşlı seneqallı son mövsümü Portuqaliya “Eştrella”sında keçirib. 10 ildir bu ölkədə müxtəlif klubların gormasını geyən yarımmüdafiəçi “Kəpəz”ə azad agent kimi gəlib. Onunla bir illik müqavilə bağlanacaq.