Ölkə futbolu
“Kəpəz”dən sosial şəbəkədə məşhurlaşan azarkeşə jest
Gəncədə “Neftçi” ilə oyunu tribunadan izləyərək “Kəpəz”in qol vura bilməməsinə üzülən və atası tərəfindən çəkilən görüntülərlə sosial şəbəkərlərdə məşhurlaşan Cahid Məmmədzadə komandanın məşqinə dəvət olunub.
Futbolinfo.az xəbər verir ki, hazırlıq prosesi başa çatdıqdan sonra 9 yaşlı azarkeş klubun İdarə Heyətinin sədri İlqar Nadiri, baş məşqçi Tərlan Əhmədov və futbolçularla görüşüb. Ona “Səbail” ilə keçiriləcək ev oyunu üçün biletlər, qolbağı və komanda üzvlərinin imzaladığı top hədiyyə olunub.
Əhmədov növbəti oyun üçün Cahidin yenə tribunada yer almasını istəyərək futbolçuların bu dəfə onu qolla sevindirəcəyinə inandığını bildirib. Məmmədzadə isə öz növbəsində sevimli komandasına çılğın azarkeşlik edəcəyinə söz verib.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu