Ölkə futbolu
“Kəpəz”in legioneri: “Özümü emosional hiss edirdim”
“Qələbə qazandığımız üçün sevinirəm. Təbii ki, bu qalibiyyət bizə lazım idi”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in futbolçusu Ahmed Ayzaya deyib.
O, Azərbaycan Premyer Liqasının 7-ci turunda “Şamaxı” üzərində 2:1 hesablı qələbədən danışıb: “Sevindim ki, qol vurdum, komandamın qələbəsində rol oynadım. Bu mənim “Kəpəz”in heyətində ilk qolum idi. Buna görə də xoşbəxtəm. Ümid edirəm ki, ardı gələcək. Növbəti oyunlarda da qollar vuracam”.
Nigeriyalı yarımmüdafiəçi qol vurduqdan sonra əsgər salamı verməsindən də söz açıb: “Özümü çox emosional hiss edirdim. Azərbaycan üçün həssas dönəmdir. Döyüşlərdə həlak olanlara öz ehtiramımı göstərmək istədim. Bütün bunlara görə əsgər salamı verdim”.
Ayzaya sabiq komandası “Zirə”nin “Qarabağ”a 1:7 hesabı ilə uduzması ilə bağlı suala belə cavab verib: “Bu barədə danışmaq istəmirəm. “Zirə” barədə heç bir fikrim yoxdur. Mən yalnız öz komandamı düşünürəm”.